İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Gədəbəydə ŞOK OLAY: hüquqşünas 6 nəfərin maşınını yandırdı - FOTO


Gədəbəydə ŞOK OLAY: hüquqşünas 6 nəfərin maşınını yandırdı - FOTO

25-06-2016, 10:57
Oxunma sayı: 693
Gədəbəydə ŞOK OLAY: hüquqşünas 6 nəfərin maşınını yandırdı - FOTO

Gədəbəy rayonunun Arabaçı və Zamanlı kəndlərində 6 ədəd avtomobil yandırılıb.

Respublika.info xəbər verir ki, 2 ədəd "Niva", 2 ədəd "QAZ 53", 1 ədəd "UAZ" (Vilis), 1 ədəd "Zil" maşını qəsdən yandırılaraq tam yararsız hala salınıb.

Yollar sel səbəbindən yararsız hala düşdüyündən yanğınsöndürənlər hadisə yerinə gələ bilməyiblər.

Kəndin bələdiyyə sədri Əlövsət Bayramov AzVision.az-a açıqlamasında faktı təsdiqləyb. Bildirib ki, hadisə səhər saat 5 radələrində baş verib. Bələdiyyə sədrinin sözlərinə görə, hadisəni Fərzalı kənd sakini, 25 yaşlı Vəliyev Novruz Kərəm oğlu törədib:

"Hadisəni törədən şəxs ruhi xəstədir. O, maşınları yandırandan sonra gizlənmişdi. Onu səhər saatlarında yaşayış olmayan evdən tapdıq. Atası Novruzu Bakıda yerləşən Ruhi Əsəb Dispanserindən yenicə çıxarmışdı. Bir müddət orada müalicə alıb. Üzünə baxanda onun ruhi xəstə olduğunu bilmək olmur".

Bələdiyyə sədrinin sözlərinə görə, bir gecədə 6 maşın yandıran şəxs ixtisasca hüquqşünasdır. "Novruz ali təhsillidir. Dövlət universitetinin hüquq fakültəsini bitirib. Savadlı oğlandır. O, qəbul imtahanlarında yüksək bal topladığına görə prezident təqaüdü alıb.

Novruz ötən gecə mənim də maşınıma girib, amma yandırmayıb. O, maşınları düz saxlanılmadığına görə yandırdığını bildirib. Yandırdığı maşınların hərəsi bir evin həyətində olub. Hər birinin içinə benzin tökərək od vurub. Həmin gənc bir müddət öncə qonşularından birinin evini də yandırmışdı".

Hazırda kənd sakinləri tərəfindən tutulan gənc polisə təhvil verilib.

Qeyd edək ki, Qarayev Bəhman, Qasımov Qüdrət, Vəliyev Ceyhun, Vəliyev Qalib və Nürəddin adlı Arabaçı kənd sakininin maşınları yandırılıb.


Gədəbəydə ŞOK OLAY: hüquqşünas 6 nəfərin maşınını yandırdı - FOTO
Gədəbəydə ŞOK OLAY: hüquqşünas 6 nəfərin maşınını yandırdı - FOTO

//azvision
Sosial şəbəkələrdə paylaş: