Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Keçmiş rəisin arvadı məhkəmədə ifadə verməkdən imtina etdi


Keçmiş rəisin arvadı məhkəmədə ifadə verməkdən imtina etdi

17-06-2016, 19:58
Oxunma sayı: 716
Keçmiş rəisin arvadı məhkəmədə ifadə verməkdən imtina etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Respublika.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə R.Məmmədovun həyat yoldaşı Səbinə Məmmədovanın məhkəməyə göndərdiyi teleqram elan olunub. O, teleqramda qeyd edib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğu üçün ifadə verməkdən imtina edir.

Prosesdə şahid qismində ifadə verən Xuraman Qasımova təqsirləndirilənlərdən Rəşad Məmmədovun bacısının kürəkəni olduğunu bildirib və 2011-2013-cü illərdə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində maliyyə və kadrlar şöbəsinin müdiri olduğunu deyib: "İttihamda qeyd edilib ki, 54 100 manat heç nədən əməkhaqqı veriblər. Düz deyil, ümumilikdə 30 il müxtəlif yerlərdə baş mühasib vəzifəsində çalışmışam".

Zərərçəkənin hüquqi nümayəndəsi bildirib ki, X.Qasımova həmin vəzifədə çalışıb və vəzifəsini icra edib.

R.Məmmədovun sürücüsü olmuş Maksim İslamov ifadəsində həm sürücü, həm də mexanik kimi fəaliyyət göstərdiyini bildirib: "Rəşad Məmmədov və aparat işçilərini gəzdirirdim".

Prosesdə R.Məmmədovun qaynı Azər Əsgərov şahid qismində ifadəsində Kompleksdə olan bütün tikinti işlərinə rəhbərlik etdiyini təstiqləyib.

R.Məmmədov bildirib ki, Azər Əsgərov biznesmen olub: "Onun şirkəti olub. 200-300 işçisi olub. Onun fəhləsi belə, 700-800 manat maaş alıb. Ondan mən xahiş eləmişəm ki, gəlib mənə kömək eləsin. Onsuz işləri çatdıra bilməzdim".

Şahid qismində dindirilən Tofiq Ağayev də R.Məmmədovun sürücüsü olduğunu və bundan başqa da mexanik kimi çalışdığını deyib.

Digər bir şahid Səbuhi Mustafayev isə Kompleksin komnunal təmizlik şöbəsində rəis vəzifəsində çalışdığını deyib. Onun ifadəsində ziddiyyətlər yarandığı üçün istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa verdiyi ifadədən imtina edib.

Prosesdə ümumilikdə 19 şahid dindirilib.

Vəkillər R.Məmmədov və İ.İsfəndiyarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyiblər.

Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
//Trend
Sosial şəbəkələrdə paylaş: