Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək 17 yaşlı fenomen GƏNCLİYİN UĞUR SİMVOLU Marsda “pinqvin” tapıldı - FOTO Kəramət Böyükçölü Bakıda kafedə döydülər
İslam Abbasov erməni dünya çempionunu məğlub etdi Məhsəti məlahətli səsi ilə diqqət mərkəzində “Kitab xülasələri” layihəsi başa çatıb Ucarda dəhşətli yanğın:
Rusiya “kor edən” yeni silahını sınaqdan keçirdi ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT Prezidentə verilən məktublarda nə yazılıb? Azərbaycanla-İran sərhəddində nə baş verir?



» » Türkiyə Almaniyanı Namibiya xalqına qarşı soyqırımda ittiham etdi


Türkiyə Almaniyanı Namibiya xalqına qarşı soyqırımda ittiham etdi

6-06-2016, 21:21
Oxunma sayı: 427
Türkiyə Almaniyanı Namibiya xalqına qarşı soyqırımda ittiham etdi

“Avropa mədəniyyətinin kökündə bəşəriyyəti özlərinə bənzətmək istəyi durur”,

Respublika.info xəbər verir ki,Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan Türkiyə parlamentinin deputatı Metin Külünk Almaniya tərəfindən Namibiyada törədilən kütləvi qırğınları (1904-1907) soyqırım kimi tanınması ilə bağlı qanun layihəsi hazırlayıb,

Deputat qeyd edib ki, qlobal qüvvələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər.

“Arxivlərin bu faktları təkzib etməsinə baxmayaraq, bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə çalışır.

Almaniyanın qəbul etdiyi qətnamə Türkiyə üçün “heç nə” deməkdir. Əgər tarixçilər həqiqi soyqırımın necə olduğunu bilmək istəyirlərsə, onlar Almaniyanın Namibiyada, İngiltərənin Avstraliyada və Fransanın Əlcəzairdə törətdikləri kütləvi qırğınlara diqqət yetirsinlər.

Avropa mədəniyyətinin kökündə bəşəriyyəti özlərinə bənzətmək istəyi durur”, - Külünk deyib.

Namibiya soyqırımı 1904-1907-ci illərdə Almaniyanın işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.




oxu.az
Sosial şəbəkələrdə paylaş: