Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Bakı-Quba yolunda ağır qəza


Bakı-Quba yolunda ağır qəza

1-06-2016, 20:14
Oxunma sayı: 815
Bakı-Quba yolunda ağır qəza

Bakı-Quba-Rusiya Federasiyası magistral yolunun 110-cu kilometrliyində yol qəzası baş verib.

Respublika.info xəbər verir ki, hadisə yolun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.

Siyəzən rayon sakini, 1989-cu il təvəllüdlü Mais Sədrəddinov idarə etdiyi 53- BB- 437 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən adı hələlik istintaqla müəyyən edilməyən sürücünün idarə etdiyi 10- SO- 099 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 3 nəfər - Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Azər Qəribov, Siyəzən rayon sakinləri, 1991-ci il təvəllüdlü Elvin Nəcəfov və Mais Sədrəddinov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Xəsarət alanlardan iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılsa da, 25 yaşlı Elvin Nəcəfovun vəziyyəti ağırdır. Hazırda onun müalicəsi üçün Bakıdan həkimlər çağırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş: