“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb


DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

23-09-2015, 09:18
Oxunma sayı: 238
2015-ci ilin sentyabrın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,21 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Moderator.az-a verilən məlumata görə, avqust ayı ərzində əlavə olaraq 558 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 175 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3 faizini (23 114 nəfər) kişilər, 11,7 faizini (3 061 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 326 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 873 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 546 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (954), Hindistan (881), Çin Xalq Respublikası (837), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (532), Pakistan İslam Respublikası (520), Ukrayna (378), Banqladeş Xalq Respublikası (345), Özbəkistan (264), Almaniya Federativ Respublikası (231), ABŞ (220), Filippin Respublikası (220), Türkmənistan Respublikası (205), Qazaxıstan Respublikası (196), Koreya (188), İtaliya Respublikası (184), və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
Sosial şəbəkələrdə paylaş: