Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib.
“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”



» » Azərbaycanın Gənclər Siyasəti Modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq – FORUM


Azərbaycanın Gənclər Siyasəti Modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq – FORUM

21-09-2015, 12:48
Oxunma sayı: 485
Azərbaycanın Gənclər Siyasəti Modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq – FORUMAzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.

Bu məqsədlə ADTGT 2015-ci ilin sentyabrın 1-dən 3 (üç) ay müddətində davam edəcək,“Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.

Layihə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın Gənclər Siyasətini bir Model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal iştirakına nail olaq” devizi və çağırışı altında keçiriləcəkdir. Bu ilin noyabrın 12–19–u tarixlərində “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Yunanıstan, Sloveniya, Çex Respublikası, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Moldova və Gürcüstan təmsil edəcək 24 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.

Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.

Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də durur.

Layihə Azərbaycanın Gənclər Siyasəti Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.
Sosial şəbəkələrdə paylaş: