Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » "100 min ziyana düşdüm" - FOTO


"100 min ziyana düşdüm" - FOTO

19-05-2016, 17:58
Oxunma sayı: 680
"100 min ziyana düşdüm" - FOTO

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan H.Sarabski adına Mədəniyyət Evində "Bizim evin qonaqları" rubrikasının növbəti görüşü keçirilib.

Respublika.info xəbər verir ki, 23 nömrəli 11 illik Musiqi Məktəbində təşkil olunan tədbirin qonağı əməkdar artist Röya Ayxan olub.

Əməkdar artist görüşdən öncə qafqazinfo-nun suallarını cavablandırıb:

- İlk dəfə fanatlarınızla görüşdə iştirak edirsiz...

- Həyatımda ilk dəfə belə bir tədbirdə iştirak edirəm. Adətən konsert və müxtəlif gecələrin qonağı olmuşam. Çox sevinirəm ki, bu fikri irəli sürüb məni çağırıblar. Bu musiqi məktəbində kiçik yaşlarımda çox olmuşam. Piano dərslərinə gəlirdim, sonra isə yarımçıq qaldı. Ailəm heç vaxt razı qalmırdı.Başa düşürdülər ki, bu sənətə daha çox meylim var. Ona görə də, hər yandan məni yarımçıq saxlayırdılar. Axırda qabağımı kəsə bilmədilər.

- Gələn həftə gecə klubunda konsert verəcəksiz. Nə yeniliklər olacaq?

- Mayın 27-si klubda konsert verəcəm. Böyük süprizlər var. Artıq hər şey hazırdı. O gecədə maraqlı geyimlər və qonaqlar var. Səhnədə başqa müğənnilər də olacaq. Sürpiz edəcəm. Səhnədə gənclərə daha çox yer vermişik. İstəyirəm ki, hamını ovcuma yığım, qucaqlayım. Konsert gecəsində yeni sima və təqdimat olacaq. Yaddan çıxan duetimiz də oxunacaq.

- Bu il Azərbaycan Kubokunun final oyunundan əvvəl keçiriləcək konsertdə sizi görməyəcəyik. Səbəbi nədir?

- Mən ulduz səfirəm. Hər il də Azərbaycan Kubokunun final çıxışlarında çıxış etmişəm. Həmkarım Zamiq Hüseynovla klip çəkdirəcəyik. Mənə demişdilər ki, 24-ü Bakıya qayıdacam. Ancaq çatdıra bilməyəcəyimi düşünərək ayın 25-i səhnəyə çıxmağı boynuma götürmədim. Bütün oyunçulara, o konsertdə iştirak edənlərə uğurlar arzu edirəm.

- Zamiqlə yeni duet oxumusuz?

- Yox, reklam xarakterli bir klip çəkilişidi, su firmasına mahnı yazılıb. Qəşəng bir şey ərsəyə gətirəcəyik. Çoxları "Bağdad" mahnısına klip çəkdirəcəyimizi düşünür. Bu, qətiyyən belə deyil. O mahnını özümüz üçün oxumuşuq.

- Bu gün tədbirdə çoxlu sayda fanatlarınız iştirak edir. Onlar arasında sizə çox yaxın olanlar da var...

- Onların arasında xüsusi seçdiyim insanlar var. 1998-1999-cu ildən bu günə kimi xüsusi insanlar var ki, yanımdadırlar. Hətta onlardan biri şəxsi fotoqrafımdır. Digəri isə geyimlərimlə məşğuldur. Men heç mağaza tanımıram, o qız bu işlərə baxır. Mağazada o geyimləri seçir, satıcılar bir paltar təqdim edəndə deyir ki, lazım deyil, bu Röyanın zövqünə uyğun gəlmir. Yəni, demək istəyirəm ki, artıq mənim geyim zövqümə də bələddir. Onlarla çox rahatam, böyük bir ailəm var. Qohumlarımın sırasına fanatlarda daxil oldu. Hərdən fanatlarımın şəkil çəkdirməklərindən bezirəm. Makiyajlı olan vaxtda, harasa tələsəndə əsəbiləşirəm. Gəlib şəkil çəkdirirlər. Deyirəm ki, hamımız bir çəkdirək. Bununla razılaşırlar, daha sonra isə tək-tək istəyirlər. Axırda onlar deyən olur. Mənim üzümün dərisi yağlıdır, bir neçə dəfə öpüləndən sonra makiyajım gedir. Bunların da öpüşməklə araları yaxşıdı.

- Müğənni yeni sənətə gələndə məşhur bəstəkarlara müraciət edir. Çünki tanınmış bəstəkarlar onlar üçün yaxşı reklamdır. Ancaq zaman keçdikcə, bəstəkarlar müğənnilərin arxasınca qaçmağa çalışırlar. Sizin başınıza belə bir şey gəlib?

- Məndə belə bir şey olmayıb. Əvvəl çalışdığım insanlarla yenə işbirliyimiz var. Buna Nailə Mirməmmədli, Faiq Sücəddinov, Vüqar Camalzadəni misal çəkə bilərəm. Birinci mahnımı Nailə Mirməmmədli yazıb. Gənclərlə də əməkdaşlıq edirəm. Çoxusuna yox deyə bilmirəm. Küsmələrini istəmirəm. Mahnıları həmişə özüm seçmişəm. Elə bir insan deyə bilməz ki, sənə qonorar verirəm, bu mahnını oxumalısan. Mahnını sevməliyəm, daha sonra oxumalıyam. Mahnıda bir söz məni tutur, o sözü yaşayıram.

- Mahnılar ifa edərkən elə bil ki, yaşayır, hiss edirsiz. Xüsusilə də ayrılıq mövzusuna olan musiqi əsərlərini misal çəkmək olar.

- Mən sevməyi bacarıram, ayrılığı da gözəl yaşayıram. Kim ki, ikinci dəfə sevmək olmur deyirsə, yalan danışır. İnsan 40 yaşına kimi sevir. 40 yaşından sonra isə dəqiq deyə bilmərəm. O yaşa çatım, sonra bu haqda danışaram.

- Açıq havada konsert vermirsiz? "Şəfa" stadionunda baş tutan konsert hər kəsin hələ də yaddaşında qalıb.

- "Şəfa" stadionunda 6-cı mahnımı oxuyurdum. Bir yağış yağdı ki... O konsert möhtəşəm oldu. Əslində, konsert Dənizkənarı Milli Parkda baş tutacaqdı. Mənə dedilər ki, orada ancaq dövlət konsertləri olur. Heç vaxt müğənninin şəxsi konserti baş tutmayıb. Məsələ ilə bağlı Prezident Aparatına məktub ünvanladıq, "yox" cavabı gəldi. Daha sonra "Şəfa" stadionunu seçdik. Ora yağış yağdı, bütün aparatlar sıradan çıxdı. Çox ziyana düşdük. O zaman aparatlar yandı və 100 min xərcə düşdüm. Amma konsertimizin nəticəsi gözəl oldu. Əgər hər hansı çətinlik yaşayırıqsa, nəticəsi yaxşı olurMən beynimə salmışdım ki, Milli Parkda konsert verəcəm. Bir-iki gün aradan keçdi. Aparatdan mənə kağız gəldi, dövlət başçısının imzasını ilk dəfə o məktubda gördüm. Bütün mühafizə xidmətini polislər təşkil edirdi. Hər şey pulsuz oldu. O yağış yağdı deyə parkda ilk və yeganə müğənni olaraq konsert verdim.


"100 min ziyana düşdüm" - FOTO
"100 min ziyana düşdüm" - FOTO
Sosial şəbəkələrdə paylaş: