Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Suyun qiyməti bahalaşdı


Suyun qiyməti bahalaşdı

13-05-2016, 18:53
Oxunma sayı: 1149
Suyun qiyməti bahalaşdı

Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.

Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Respublika.info xəbər verir ki, “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Tarif Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.

İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1 000 kubmetr suyun topdansatış tarifi barədə” Tarif Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ləğv edilib.

Yeni tariflər 2016-ci il mayın 16-dan qüvvəyə minəcək.
Sosial şəbəkələrdə paylaş: