Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Kapitan Bağıyev: Düşmənin 12 texnikasını məhv etdim


Kapitan Bağıyev: Düşmənin 12 texnikasını məhv etdim

3-05-2016, 19:00
Oxunma sayı: 1169
Kapitan Bağıyev: Düşmənin 12 texnikasını məhv etdim

“Onlar bizim gücümüzü görüb, silahlarını atıb qaçmağa məcbur oldular”.

Aprelin əvvəlində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks hücuma keçdi. Ordumuz müxtəlif istiqamətlərdə bir sıra yüksəklikləri ələ keçirə bildi.

Belə döyüşlərin getdiyi və ordumuzun qələbə qazandığı yerlərdən biri də Goranboyun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən, Tərtərin Talış kəndi yaxınlığında olan yüksəkliklərdir. Bu strateji əhəmiyyətli yerləri əldə edərkən Azərbaycan Ordusunun zabitləri şücaət göstəriblər.

Respublika.info APA-ya istinadən xəbər verir ki, həmin döyüşlərdə fərqlənən hərbçilərdən biri də kapitan Mirdamət Bağıyevdir:

“Aprelin əvvəllərində düşmən təxribatının qarşısını almaq məqsədi ilə düşmənin üzərinə yeridik. Xeyli sayda şəxsi heyətinin təkərli, zirehli texnikalarını məhv etdik. Onlar bizim gücümüzü görüb, silahlarını atıb qaçmağa məcbur oldular. Şəxsi heyətdə ruh yüksəkliyi var idi. Mən düşmənin 12 təkərli və zirehli texnikasını məhv elədim”.

Zabit Ali Baş Komandanın əmrini gözlədiklərini, hər an düşmən tapdağı altında olan torpaqlarımız azad etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Mirdamət Bağıyev xidmətdə göstərdiyi şücaətə görə Ali Baş Komandan, prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Sosial şəbəkələrdə paylaş: