İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO » Respublik.info
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...
İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI Həsən bəy Zərdabinin İran şahıyla gizli görüşündən Gəncə hadisələrinə kimi... - Dedektiv yazardan ilginc açıqlamalar Ağdaş sakini bıçaqlanaraq ağır xəsarət alıb Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib
Qlobal istiləşmə intiharların sayını daha da artıracaq Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir”



» » İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO


İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO

22-04-2016, 22:20
Oxunma sayı: 4496
İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO

Etirazçılar Qarbağla bağlı sənədin imzalanmasından imtina etməyi tələb edirlər.

İrəvan polisi prezident Sarkisyanın iqamətgahına tərəf yürüş edən aksiya iştirakçılarını güc tətbiq edərək dağıdıb. Respublika.info xəbər verir ki,bu barədə Armenia Today nəşri yazır.

Nəşrin məlumatına görə, hal-hazırda Ermənistan prezidentinin iqamətgahı qarşısında çoxlu sayda polis qüvvələri cəmləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşları Baqramyan prospektinə buraxmırlar. Artıq 42 nəfərin həbs edildiyi bildirilir.

“Biz öz ölkəmizin sahibiyik” vətəndaş təşkilatının təşkil etdiyi aksiyada yürüş iştirakçıları prezident Serj Sarkisyana bir sıra tələblər irəli sürüblər.

Onlar Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir sənədin imzalanmasından və ərazi güzəştlərindən imtina etməyi, eləcədə Dağlıq Qarabağda və ətraf ərazilərdə sülhməramlıların yerləşdirilməsinə icazə verməməyi tələb edirlər.

Aksiya iştirakçıları Ermənistan prezident administrasiyasından bu tələblərin yerinə yetiriləcəyi barədə rəsmi bəyanat istəyirlər.


İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO
İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO
İrəvanda mitinq: Ermənilər Azərbaycanla sülhə qarşı - FOTO






oxu.az
Sosial şəbəkələrdə paylaş: