"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Ermənilər Tərtərdə 2 körpü dağıdıb


Ermənilər Tərtərdə 2 körpü dağıdıb

20-04-2016, 19:33
Oxunma sayı: 454
Ermənilər Tərtərdə 2 körpü dağıdıb

Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Tərtər rayonunun kommunikasiya xətlərinə ciddi ziyan dəyib.

Respublika.info xəbər verir ki bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin rayonun cəbhəboyu ərazilərini ağır artilleriyalardan atəşə tutması nəticəsində 2350 metr beton üzlüklü kanal, 4 kilometr torpaq kanalı, 12 ədəd hidrotexniki qurğu, 2 ədəd körpü, 2 kilometr elektrik xətti, 1 ədəd transformator, 2 kilometr kanalüstü istismar yolu sıradan çıxmış, R-7 və R-8 kanallarının yanındakı idarə binaları dağılıb: "Rayonun Qapanlı kəndində 3, Borsunlu kəndində 2, Qaradağlı kəndində 3, ümumillikdə 8 ədəd transformator, 35 kv Dəmirçilər kəndində hava xəttində 3 km, 35 kv İsmayılbəyli hava xəttində 1,8 km, Qapanlı, Qaradağlı, Hüsənli, Şıxarx, Azad Qaraqoyunlu, Borsunlu və Qaraağacı kəndlərində ümummillikdə 16 km naqil, 3 km kabel, Qapanlı kəndində 24, Qaradağlı kəndində 17, Hüsənli kəndində 8, Şıxarx qəsəbəsində 14, Azad Qaraqoyunlu kəndində 4, Borsunlu kəndində 10, Qaraağacı kəndində 12, 1 saylı Hüsənli, 3 saylı Azad Qaraqoyunlu, 3 saylı Borsunlu, 6 saylı Şıxarx, 10 saylı Qaradağlı hava xətlərində ümumillikdə 137 ədəd dayaq, 137 ədəd traves, 288 ədəd izalyator və 49 ədəd sayğac döyüşlər gedən zaman yararsız hala düşüb. Dəmirçilər və İsmayılbəyli hava xətləri ermənilər tərəfindən dəfələrlə top atəşinə tutulub, naqillər qırılıb, istifadəyə yarasız hala salınıb. Sahədəki mövcud problemlər Tərtər Elektrik Şəbəkəsi tərəfindən artıq aradan qaldırılıb".

İcra başçısı qeyd edib ki, erməni silahlı birləşmələrinin hücumu nəticəsində rayonun Düyərli, Köçərli, Qaynaq, Qapanlı, Qaradağlı kəndlərinə və Tərtər şəhərinin M.Ə.Sabir küçəsində qaz təsərrüfatına da ziyan dəyib: "Düyərli kəndində 2 abonentin mənzildaxili xətləri sıradan çıxıb. Köçərli kəndində d-57 mm qaz xətti qəlpə dəyməsi nəticəsində deşilib. Qaynaq kəndində d-76 mm yerüstü yol keçidinin 25 metrlik hissəsi sıradan çıxıb. Qapanlı kəndində ümumillikdə 12 abonentin qaz xəttinə ziyan dəyib, 4 ədəd sayğac, 2 ədəd fərdi qaz tənzimləyici, 1 ədəd d-100 mm-lik siyirtmə sıradan çıxıb. Yuxarı Qaradağlı kəndində 3 abonentin mənzildaxili qaz xətti sıradan çıxıb, Qaraağacı kəndində 2 abonentin mənzildaxili qaz xətlərinə ziyan dəyib".

M.Məmmədov deyib ki, sadalanan problemlər Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər Xidmət Sahəsinin əməkdaşları tərəfindən qısa müddətdə aradan qaldırılıb: "Hazırda rayonun qaz təsərrüfatında heç bir problem olmadığından əhali davamlı olaraq mavi yanacaqla təmin olunur".

İcra başçısı həmçinin əlavə edib ki, Tərtər Sukanal İdarəsinin balansında olan Qapanlı kəndinin əhalisini içməli su ilə təmin edən 1 ədəd 50 kubmetrlik su çəninin yaxınlığında iriçaplı mərmi partlayışı zamanı çəni saxlayan dayaqlar zədələnərək əyilmiş və çən bir neçə yerindən deşilib: "Qısa müddət ərzində rayonun sukanal idarəsi tərəfindən qaynaq vasitəsilə su çəni bərpa edilib, dayaqlar bərkidilib, kənd sakinləri içməli su ilə təmin edilib".

İcra başçısı deyib ki, bununla yanaşı həmçinin, Qapanlı kəndində 3 ədəd, Yuxarı Qaradağlı kəndində 4 ədəd, Əskipara kəndində 1 ədəd, Qaraağacı kəndində 3 ədəd, Şıxarx qəsəbəsində 1 ədəd, Həsənqaya kəndində 1 ədəd, Qaynaq kəndində 1 ədəd subartezian quyularına da ziyan dəyib.



Trend
Sosial şəbəkələrdə paylaş: