Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » 5 yaşlı oğlan 4 yaşlı bacısını öldürdü


5 yaşlı oğlan 4 yaşlı bacısını öldürdü

17-04-2016, 20:27
Oxunma sayı: 451
5 yaşlı oğlan 4 yaşlı bacısını öldürdü

Amerika Birləşmiş Ştatlarında (ABŞ) 4 yaşlı qız 5 yaşlı qardaşı tərəfindən güllələnib. Respublika.info xəbər verir ki, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində qeydə alınıb. Bildirilir ki, 5 yaşlı oğlan bacısının üz nahiyəsinə tapançadan atəş açaraq onu ölümcül yaralayıb. 4 yaşlı uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Polis serjantı Erik Qripp bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları hadisə zamanı evdə böyüklərdən kimin olduğunu araşdırırlar. O həmçinin əlavə edib ki, atəş açılan tapança həlak olan qızın anasının dostuna məxsusdur.

Hadisə yerinə gələn həkimlər qızın öldüyünü təsdiqləyiblər. Qeyd olunur ki, silah artıq polis tərəfindən götürülüb və onun sahibi barəsində axtarış elan edilib.

Bu ABŞ-da qeydə alınan ilk belə hadisə deyil. Bir müddət əvvəl də Kentukki ştatının Barkesvill şəhərində 5 yaşlı uşaq təsadüfən tüfəngdən iki yaşlı bacısına atəş açıb.

Yerli polis bildirib ki, uşaq ötən il doğum günü münasibəti ilə hədiyə aldığı 22 çaplı tüfəngi ilə oynayırmış. Bu modelin qoruycusu olur. Ancaq nədənsə onun qoruyucusu işləməyib. Nəticədə açdığı atəş bacısının köksünə dəyib.

Olay zamanı uşaqların anası evdə olub. Yerli informasiya vasitələri olayı bədbəxt hadisə kimi qeydə alınacağını ehtimal edirlər.

Həmin hadisədən əvvəl isə Nyu-Cersidə 4 yaşlı oğlan 7 yaşlı qonşusunu güllələmişdi. Tenness ştatında isə 4 yaşlı oğlan tapançadan yerli polis rəisi müavinin həyat yoldaşına atəş açmışdı.


Anspress
Sosial şəbəkələrdə paylaş: