Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Daha bir şəhidimiz son mənzilə yola salındı


Daha bir şəhidimiz son mənzilə yola salındı

12-04-2016, 18:58
Oxunma sayı: 552
Daha bir şəhidimiz son mənzilə yola salındı

Dəfn mərasimində izdiham yaşanıb.

Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Beyləqan rayonu Dünyamalılar kənd sakini Mirzəyev Məhəbbət Ədalət oğlu son mənzilə yola salınıb.

Respublika.info AzərTAc-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Şəhidin cənazəsi izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.
Sosial şəbəkələrdə paylaş: