Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – VİDEO


Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – VİDEO

3-04-2016, 09:52
Oxunma sayı: 758
Mirşahin cəbhədə: Əhval-ruhiyyə də çox yüksəkdir – VİDEO

“Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb”.

Cəbhə bölgəsində sakitçilik hökm sürür və insanların ümumi əhval-ruhiyyəsi yüksəkdir.

Respublika.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev məlumat verir.

Bildirilir ki, sabitlik bərpa olunub, yerli sakinlərdə və hətta güllə yarası almış mülki əhalidə pozitivlik müşahidə olunur.

“Cəbhə bölgəsində sakitçilikdir. Şəhər öz sakit həyatını yaşayır. Sabitlikdir. Hətta atışma səsi, partlayış səsi gəlmir. Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb. Burda şayiələrin də xarakteri fərqlidir. 1991 – 92-ci illərdəki şayiələrdə belə idi ki, adamlar bir-birlərinə danışırdılar ki, filan kənd boşaldıldı, filan rayon boşaldıldı. Amma indiki şayiələridə çox böyük bir pozitivlik var.

Adamlar arasında gəzən söz-söhbətə görə artıq müxtəli rayonlar bizdədir, müxtəlif yüksəkliklər bizdədir. Hətta bəzən söhbəti ona qədər gətirib çıxarırlar ki, Füzulinin yağ-pendir zavoduna qədər gedib çıxmışıq. Bu isə ondan xəbər verir ki, yerli əhali pozitiv köklənib, insanlar çox pozitiv köklənib. Əhval-ruhiyyə də çox yüksəkdir.” – deyə Mir Şahin Ağayev cəbhə bölgəsindən bildirir.


Sosial şəbəkələrdə paylaş: