Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO


Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO

25-03-2016, 20:20
Oxunma sayı: 1538
Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO

Türkiyənin Şırnaq vilayətində kürdlərin terrorçu PKK təşkilatına qarşı əməliyyatda şəhid olmuş polis əməkdaşı, 23 yaşlı Osman Belkaya dəfn olunub.
Respublika.info AHT-yə istinadən bildirir ki, şəhid polis doğulduğu məkanda, Yozqatın Şefaaltı rayonunda torpağa verilib.

Şefaaltıdakı Cumhuriyyət Meydanındakı Çarşı Məscidindəki dəfn mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər, dövlət rəsmiləri və millət vəkilləri ilə bahəm, 5 min nəfər qatılmışdı.

Şəhidin Türkiyə bayrağına sarılmış tabunu məscidin qarşısına çıxarılanda onun atası Yakub Belkaya oğlunun fotosunu tutaraq tabutunun qarşısında gedib. Şəhid anası Afet göz yaşları içində deyib: "Məni şəhid anası etdin. Son dəfə gələndə "Sizə sürprizim var" deyirdin. Bu idimi sürprizin sənin, bala?! Sənə doya bilmədim, verə bilmərəm səni qara torpağa". Oğlunun tabunun qucaqlayan ana hıçqıraraq söyləyib: "Oğlum üşüyür, balama soyuqdur. Məni də onun yanına qoyun... Nə olar, yalvarıram sizə... Ona sarılar, isidərəm balamı..."

4 övlad atası, polis zabiti Yakup Belkaya "Oğul, ürəyi yandırıb gedirsən, oğul!" deyərək nalə çəkib.

Şəhidin bacısı Kafiye polis paltarı geyinmişdi və o, qardaşının tabutuna sarılıb. Digər bacılar Serap və İrem də az sonra Kafiyeye qatılıblar.
Şəhidin babası Abdulla Onar tabutun yanında sayğı növbəsində durmuş polisin kövrələrək ağladığıın görəndə yerindən durub, ona yaxınlaşıb və polisin göz yaşlarını silərək söyləyib: "Ağlama, oğul, düşməni sevindirmə. Biz qürurluyuq..."

Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO
Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO
Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO
Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO
Sosial şəbəkələrdə paylaş: