Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » 27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO


27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO

23-03-2016, 18:16
Oxunma sayı: 884
27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO























Mərhum atasına zəng edərək növbəsini başqa günə dəyişdiyini bildirib.

Xəbər verdiyimiz kimi Sumqayıtda qətl törədilib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ev 6 ünvanında qeydə alınıb.

Respublika.info xəbər verir ki, həmin evin 8-ci mənzilində yaşayan, 1989-cu il təvəllüdlü Namiq Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti evin qarşısında aşkar edilib.

Hadisənin kimin və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Ötən gün gecə saatlarında evlərinin qarşısında qətlə yetirilən mərhumun martın 22-də 27 yaşı tamam olacaqmış. Bakıda mərkəzlərin birində mühafizə kimi çalışan Namiq həmin gün gecə növbəsində imiş.

Doğum gününü bir gün sonra - yəni bu gün keçirməyi planlaşdırırmış. Amma sonradan Namiq fikrini dəyişib. Gecə növbəsində olmağına baxmayaraq rəhbərlikdən icazə alaraq evlərinə gəlməyi düşünüb.

Mərhum atasına zəng edərək növbəsini başqa günə dəyişdiyini bildirib və doğum gününü qeyd etmək üçün evə gələcəyini deyib. Gecə saatlarında evə gələn Namiq yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Onun yerə yıxıldığını görənlər Namiqin vəziyyətinin yaxşı olmadığını, yerə yıxıldığını anasına xəbər ediblər.

Mərhumun qonşularının bildirdiyinə görə Namiq anasının qucağında aldığı bıçaq zərbələrindən daxili qanaxmadan keçinib.


27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO
27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO
27 yaşlı gəncin qətlinin təfərrüatları: Doğum günündə öldürüldü - FOTO

Mənbə.xəbərlə.com
Sosial şəbəkələrdə paylaş: