Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Qənirə Paşayeva ön cəbhədə sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb - FOTO


Qənirə Paşayeva ön cəbhədə sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb - FOTO

14-09-2015, 05:51
Oxunma sayı: 229
Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yaşayan sakinlərlə görüşüb, qayğı və problemləri ilə maraqlanıb. Ön cəbhədə yaşayan insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili Qənirə Paşayeva dövlətimizin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyərək burada yaşayan insanların Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasəti zamanı da bu kəndlərin daim qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparmasını xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq yaraladığı bir neçə kənd sakini ilə də görüşüb, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb. Millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində Ermənistan silahlılarının atəşkəs rejimini pozararaq yandırdığı mülkü vətəndaş Tariyel İsmayılova məxsus evi də ziyarət edib. Ailə üzvləri bildiriblər ki, Ermənistan silahlıları hər zaman olduğu kimi insanlıqdan kənar əməllərini davam etdirərək ailəyə məxsus evi silahlarla hədəfə alaraq onun bir hissəsini yandırmış amma yanğının qarşısını tez bir zamanda almaq mümkün olduğundan ailəyə məxsus bütün evi yanmaqdan xilas edilmişdir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqəti altındadır və hər zaman belə hallarda ailələrə dəyən ziyan dövlət tərəfindən ödənilir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbəri Əli Məmmədovla ailənin vəziyyəti ilə bağlı söhbət etdiyini deyən millət vəkili Qənirə Paşayeva onlara bir neçə gün içində lazım olan dəstəyin göstəriləcəyini deyib. Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və bununla bağlı millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bir neçə dəfə məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər. Cənab Prezidentin dəstəyi ilə ön cəbhə kəndlərinə gələn yolların təmiri, yeni su xətlərinin çəkiişini, su anbarının tikintisini yüksək qiymətləndirdiklərini deyən kənd sakinləri uzun illər əvvəl çəkilmiş və çox köhnəlmiş bir sıra elektrik naqillərinin dəyişməsinə böyük ehtiyac olduğunu bildiriblər. Sakinlər özəlliklıə ön cəbhə kəndlərində işyerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib:”Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülkü vətəndaşlarımıza qarşı hər cinayətinə görə düşündüyünüzdən də ağır cavabları alır və alacaq. Azərbaycan artıq düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır". Millət vəkili Q.Paşayeva görüş zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı suallarını da cavablandırıb.
Sosial şəbəkələrdə paylaş: