Akif Çovdarov prokurorları təhqir etdi, "cadugər ovu"na çıxdı Kamil Zeynallı: "'Onların nəsillərində kişi yoxdur'' - VİDEO Rəşad Sadıqovdan nümunəvi addım Toy sahibi: "Nadir toyda anormal hərəkətlər edirdi" - FOTO
Aktrisanın açıq-saçıq toy geyimi qalmaqal yaratdı - FOTO Tanınmış müğənni: "2-ci sinifdə oxuyanda təcavüzə uğradım" - FOTO Mina: “İstəmirəm ki, hansısa deputat məni “saxlasın” - FOTO Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
Dilqəm Əsgərovun atası iflic oldu - FOTO "Tramp əlimdən tutub, otaq nömrəmi istədi..." - FOTO "Hz.Aişəyə haram sayılmır, mənə haram oldu?" - Aparıcı hövsələdən çıxdı - VİDEO Bakıda "Trump Tower"in adı sökülür - FOTO



» » Müəllimlərin maaşı artırıldı


Müəllimlərin maaşı artırıldı

17-03-2016, 17:48
Oxunma sayı: 490
Müəllimlərin maaşı artırıldı

Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb.

Respublika.info xəbər verir ki, sərəncam dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilib.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli sərəncamının 1-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Mənbə.Azərtac
Sosial şəbəkələrdə paylaş: