İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Aygün Kazımova: "Səhər durdum ki, yerim qan içində..."


Aygün Kazımova: "Səhər durdum ki, yerim qan içində..."

6-03-2016, 18:03
Oxunma sayı: 3640
Aygün Kazımova: "Səhər durdum ki, yerim qan içində..."

Xalq artisti: "Məni öldürməyə aparırdılar"

Xalq artisti son əməliyyatından sonra başına gələnləri "Atv maqazin onlarla" verilişinə danışıb.

Respublika.info Aygün Kazımovanın səhhəti ilə bağlı yaşadığı o qorxunc olay haqda olan açıqlamalarını təqdim edir:

"Əməliyyat keçirtdim, çox uğurlu oldu. 1 həftədən sonra məni evə buraxdılar. Mən İstanbuldakı evimdə qalırdım əməliyyatdan sonra. Axşamlar qızdırmam qalxmağa başlayırdı. Qış ayları idi. İsti geyinirdim, qalın yorğana bürünürdüm. Otaqlar hamısı isti, amma yenə də titrədirdim. Elə bir əməliyyat idi ki, yeriyə bilmirdim. Məni qaldırırdılar, uzadırdılar. Cüzi bir addım belə mənə çox ağır gəlirdi. Amma heç kimə demirdim. Səhər məni yuxudan ayıldanda görürəm, yerim bütün qan içində! İlqarə İstanbulda idi və artıq 1 gün sonra Bakıya dönməli idi. Dedim ,"Məstan"a göstərməyin. Üstümün qanın təmizləyəndə qızım gördü. Qızım məcbur elədi ki, zəng et həkimə. Bezmişdim xəstəxanadan. Dedim, yaxşı olar da! Baş həkimə zəng etdim, dedi, şəkli çək at mənə. Şəkli göndərdim, görən kimi məni təcili xəstəxanaya çağırdılar yenidən. Məni bir zülümlə apardılar. Həkimlər məni baxmaq üçün soyunduranda gördüm ki, bədənim qapqara. Ağ dəri bütün qara-qırmızı-göy ləkələrlə örtülmüşdü. Həkim "Niyə bunu bu dərəcəyə çatdırmısınız?!" dedi. Xəstəxanada hamı bir-birinə dəydi. Həmən əməliyyata götürdü. Sən demə, daxili qanaxma baş verib. Yaxşı ki, bu üzə vurub çıxıb. Əgər qan üzə çıxmasaydı, o dəqiqə zəhərlənmə və ... ! Qızımdan səhhətimin ciddiliyin gizlədirdim. Yalandan dedim ki, sən demə, yara yığılıb, qan toplaşıbmış ora. İlqarəni belə aldadıb Bakıya yola saldım. Olmayan şey baş verdi məndə. Elə oldu ki, yenidən qan açıldı və 3-cü dəfə əməliyyata girməli oldum. Hər dəfə əməliyyat otağına mavi, uzun xalatlı, ağzı maskalı, papaqlı həkimlər görəndə elə bilrdim ki, cəlladlar üstümə gəlir. Elə bil ki, məni aparırlar öldürməyə.

Reanimasiyada olan zaman o həyata olan bütün ümidlərini itmişdi

Mən o zaman düşündüm ki, bu mənə bir işarədir. Mən elə hiss keçirdirdim ki, sanki Allah da bezib mənim bu risklərimdən. Düzü, düşündüm ki, mən artıq bir də ayağa dura bilməyəcəm, artıq qızımı görə bilməyəcəm və mən düşündüm ki, artıq səhnəyə çıxa bilmərəm.

24 saat damarıma qan vururlar. Boğazımdan bir şey keçmirdi. Elə arıqlamışdım ki, heç fikrimdən elə arıqlamağı heç vaxt keçirməmişdim. Telefona cavab verib "alo" deməyə gücüm yox, qızıma cavab verə bilmirəm. Məndən şübhələnib narahat qalacaq. Bilmirdim, nə edim. Bilmirdim bu sirri necə saxlayım ki, heç kim bilməsin, heç kim kim hiss etməsin. Mən artıq hər şeylə sağollaşmışdım. Canım ağrıdan elə ağrıyırdı ki, qışqırırdım dayanmadan. Heç bir ağrıkəsici təsir etmirdi. Son analizin nəticəsindən həkimlər dəhşətə gəldilər. "Bunda qan qalmayıb" dedilər. Tez donor tapıb qan köçürüləndən sonra elə bil gözlərimə işıq gəldi.

Beləcə, həmişə qızına düz danışan anası onu aldatmalı oldu".

Mənbə.Milli.az
Sosial şəbəkələrdə paylaş: