Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Avtomobil satarkən diqqətli olun! - VİDEO


Avtomobil satarkən diqqətli olun! - VİDEO

28-02-2016, 16:57
Oxunma sayı: 385
Avtomobil satarkən diqqətli olun! - VİDEO

Nəqliyyat vasitəsinin sahibi alıcını dəqiq araşdırmalıdır.

Kreditdə olan avtomobili etibarnamə ilə satarkən diqqətli olun! Avtomobili alan şəxs əgər krediti vaxtında ödəməzsə, maşının əsas sahibi banklarda qara siyahıya düşür. Sadə dildə desək o, banklar üçün arzuolunmaz müştəri olur.

Respublika.info-nun Xəzər xəbər-ə istinadən məlumatına görə, kreditdə olan avtomobili etibarnamə ilə satan şəxs bankların qara siyahısına düşüb.

Əslində Cabbar Şükürovun başına gələn hadisə ilk deyil. Bu hallar banklarda böyük problemə çevrilib. Kreditdə olan avtomobilləri etibarnamə ilə alan şəxslər ödəniş etmədikdə, avtomobilin əsas sahibinin kredit tarixçəsi korlanır. Bəzən etibarnamə ilə maşını alanlar düşünür ki, “onsuz da avtomobil onun adına deyil, gecikmə əsas sahibinin adına yazılır”.

Ekspertlərin sözlərinə görə belə halların baş verməməsi üçün avtomobil sahibi alıcını dəqiq araşdırmalıdır.

Ekspertin dediyi kimi müştəri aylıq gəlirini göstərib avtomobili aldıqdan sonra da ödəniş etmirsə maşının əsas sahibi etibarnaməni ləğv edib avtomobili banka təhvil verə bilər. Bundan başqa kredit tarixçəsinin pozulmasında rolu olan, yəni avtomobili etibarnamə ilə alan şəxsi məhkəməyə verib dəymiş ziyanı onadan alada bilər.

Qəsdən bu addımı atan şəxslər, digər vətəndaşın hüquqlarını pozduqlarına görə məsuliyyətə də cəlb oluna bilərlər. Kredit ödənilmədikdə, bank avtomobili satışa çıxarır. Məsələn avtomobilin qiyməti 6 min, borc 8 min manatdırsa, bu zaman qalan məbləği banka avtomobili son alan şəxs ödəyir.


Sosial şəbəkələrdə paylaş: