Qayınatası gəlininə təcavüz etdi, onu başqa kişilərə satdı - FOTO Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - FOTO Baş məşqçi Kamran Ağayevin cəzasından danışdı Azərbaycanda qəndin içindən şurup çıxdı - FOTO
"Dedilər ki, 99% bu ölüb" - 6 güllə yarası alan adam - VİDEO Rus deputatın 15 yaşlı qızı intim reklama çəkildi - Pula görə - FOTO SON DƏQİQƏ : İŞİD Palmiranı MƏHV ETDİ Bakıda qumarxana aşkarlanıb, saxlanılanlar var
Həftəsonuna olan hava proqnozu Ronaldunu "Real"dan göndərirlər - Çinə "10 yaşıma qədər atamın şəhid olduğunu bilmədim" - VİDEO Amerikadakı soydaşımızın 20 Yanvar faciəsi barədə filmi - VİDEO



» » Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları


Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

24-02-2016, 18:12
Oxunma sayı: 1387
Eldar Mahmudovla Akif Çovdarovdan işgəncə və şantaj videoları

Fəaliyyətinə artıq xitam verilmiş MTN-də kök salan mütəşəkkil cinayətkar qruplaşmanın dəhşətli əməllərinə dair yeni təfərrüatlar məlum olub.Respublika.info haqqin.az-a istinadən xəbər verir ki, Eldar Mahmudovun və onun "sağ əli" hesab edilən general Akif Çovdarovun malikanələrində aparılmış axtarış zamanı əməliyyat-istintaq qrupunun üzvləri çoxsaylı videodisklər də aşkar ediblər.

Məlum olub ki, bu CD-lərin bir çoxunda Bakıda keçmiş nazirə və onun mütəşəkkil qruplaşmasına daxil olan şəxslərə bağlı əyləncə-istirahət mərkəzlərində, otellərdə və restoranlarda çəkilmiş şantaj videoları var. Belə ki, əksəriyyəti intim xarakterli olan həmin videoların köməyi ilə imkanlı şəxslər, iş adamları, məmurlar MTN-dəki qruplaşma tərəfindən şantaj olunaraq onlardan böyük məbləğlərdə pul alınırmış.

Lakin istintaq həmin videoşantajların qurbanlarını zərərçəkən qismində istintaqa cəlb etməkdə çətinliklər çəkir. Çünki məlum səbəblərən onlar istintaqa müraciət edib Çovdarovun, Mahmudovun və digərlərinin əməllərindən şikayət etmək istəmirlər.

O da məlum olub ki, aşkarlanan CD-lərin arasında Çovdarov-Mahmudov bandasının qurbanlarına işgəncələrin verilməsini əks etdirən videolardan ibarət olanları da var. Bir qayda olaraq bu qruplaşma tora saldıqları qurbanlarını tələb olunan məbləği vermək üçün yola gətirə bilməyəndə dəhşətli işgəncələrə məruz qoyurdu və bu səhnələr işgəncə otaqlarında quraşdırılmış gizli videokameralarla lentə alınırdı. Mənbələr bildirir ki, söhbət Çovdarovun gizli həbsxana kimi istifadə etdiyi məkanlarda çəkilmiş işgəncə görüntülərindən gedir.

Məlumata görə, qruplaşma Bakının bir çox məşhur otel və restoranlarında, priton kimi istifadə edilən məkanlarında sahiblərini təhdid etməklə gizli kameralar quraşdırıbmış. Habelə Bakının bahalı şadlıq saraylarında keçirilən dəbdəbəli toy mərasimlərinin CD-ləri də Çovdarovun malikanələrindən aşkarlanan videokompromatlar sırasındadır. Görünür, qruplaşma həmin toyların videokadrlarına baxmaqla ovlamaq üçün imkanlı şəxsləri seçirmiş...
Sosial şəbəkələrdə paylaş: