AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi


Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi

21-02-2016, 21:10
Oxunma sayı: 983
Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi həm xaricdə, həm də ölkə daxilində terrorçularla mübarizə aparmaq üçün hər cür haqqa malikdir.

"Türkiyə həm ölkə daxilində, həm də ölkədən xaricdə terrorçulara, o cümlədən İŞİD-ə və PYD-yə qarşı cavab vermək hüququndan istifadə edir".
Respublika.info xəbər verir ki, İstanbulda UNESCO çərçivəsində keçirilən görüşdə çıxış edən Türkiyə prezidenti bildirib: "Türkiyə həm ölkə daxilində, həm də ölkədən xaricdə terrorçulara, o cümlədən İŞİD-ə və PYD-yə qarşı cavab vermək hüququndan istifadə edir".

Türkiyə prezidenti deyib ki, heç kim onun ölkəsinə özünü terror hücumundan qorumağı qadağan edə bilməz. Bununla da Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada baş verən proseslərə müdaxiləsini dayandırmaq istəyən Suriya prezidenti Bəşər Əsədə cavab vermiş olub.


Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi

İspaniyanın "El-Pais" qəzetinə müsahibə vermiş Suriya prezidenti Bəşar Əsəd Türkiyənin terror qruplaşmaları ilə mübarizə üçün ölkə ərazisinə daxil olmaq ehtimalına qarşı çıxmışdı. Onun sözlərinə görə, rəsmi Dəməşq Suriyaya qanunsuz girmək istəyən bütün xarici qoşunları terrorçu hesab edəcək:

“Türkiyə və ya Səudiyyə Ərəbistanı İŞİD terrorçularıyla mübarizə bəhanəsi ilə Suriyaya öz qoşunlarını göndərəcəyi təqdirdə, Suriya hakimiyyəti də onlara terrorçulara yanaşdığı kimi münasibət göstərəcək”.

Ərdoğanın açıqlaması Ankarada PYD təmsilçisi tərəfindən törədildiyi bildirilən və 28 nəfərin həyatına son qoymuş terror hadisəsindən sonra baş verib. Türkiyə prezidenti məsələ ilə bağlı ona telefonla başsağlığı vermiş ABŞ prezidenti Barak Obama ilə söhbətində də ölkəsinin mövqeyini ortaya qoyub. Prezidentlər arasında əsas müzakirə məsələlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisini bombalaması olub.


Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi

Prezident Ərdoğan PKK-nın Suriya qanadı olan PYD-ni və YPG-nin Rusiya və Bəşər Əsəd qüvvələri ortaq hərəkət etdiyini deyib və PYD-nin ələ keçirmək istədiyi Azez qəsəbəsindən danışıb:

"Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq".
"Onların hədəfləri İŞİD-lə mübarizə aparmaq deyil. Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq. Əsəd, Rusiya və YPG Münhen razılaşmasına əməl edərsə, biz topa atışlarını dayandıracağıq. Putinlə telefonda danışarkən də dedim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın".

Ərdoğan ABŞ və Rusiyaya sərt cavab verdi

Türkiyə tərəfi kürd silahlı birləşmələrini regiondan türkmənləri və ərəbləri çıxarmaqla etnik təmizləmə aparmaqda günahlandırırlar. PYD bununla nəzarətində olan iki anklavı birləşdirmək üçün aradakı ərazini ələ keçirmək istəyir. Ankara isə bununla türkmənlərin çoxduq təşkil etdiyi Hələbə gedən yolu itirmiş olacaq. Təbii ki, Türkiyə tərəfi bu yolu itirmək olmaz. Eyni zamanda, İraqdakı Mosul şəhəri və Suriya ərazisindəki Hələb şəhəri hələ də Türkiyə üçün mübahisəli ərazi sayılır. Ankara 1920-ci illərdə Böyük Britaniya nəzarətindən xilas edə bilmədiyi həmin şəhərləri həmişə öz ərazisi sayıb və imkan olan kimi geri qaytarmaq barədə planlar cızıb.

Mənbə.Anspress
Sosial şəbəkələrdə paylaş: