Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » Prezident İlham Əliyev Gəncədə - FOTO


Prezident İlham Əliyev Gəncədə - FOTO

17-02-2016, 17:30
Oxunma sayı: 467
Prezident İlham Əliyev Gəncədə  - FOTO

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

Respublika.info bildirir ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə daha bir mühüm addım atılıb. Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir göstərir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və "kombi" istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən "28 May" prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşdü.

Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər

Mənbə.Azərtac


Prezident İlham Əliyev Gəncədə  - FOTO
Prezident İlham Əliyev Gəncədə  - FOTO
Prezident İlham Əliyev Gəncədə  - FOTO
Sosial şəbəkələrdə paylaş: