Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Oğulun kəsdiyi ağac atanın həyatını bitirdi


Oğulun kəsdiyi ağac atanın həyatını bitirdi

15-02-2016, 19:58
Oxunma sayı: 426
Oğulun kəsdiyi ağac atanın həyatını bitirdi

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Respublika.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb

İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinin bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbəb olub.

Mərhumun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
Sosial şəbəkələrdə paylaş: