“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » İlhamə Quliyeva: "Nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar"


İlhamə Quliyeva: "Nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar"

15-02-2016, 17:45
Oxunma sayı: 973
İlhamə Quliyeva: "Nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar"

Xalq artisti İlhamə Quliyeva son günlər yaşadığı qalmaqallardan sonra ilk dəfə canlı efirə qatılıb.

Respublika.info xəbər verir ki, müğənni əməkdar artist Röya Ayxanın qonaq olduğu "Həyat tərzi" verilişinə zəng vurub, onu evinə qonaq çağırıb:

"Röya Azərbaycan şou-biznesinin kraliçasıdır. Əlimdə yüz tac olsa, hamısını onun başına qoyaram. Onun səsindən heç yerdə yoxdur. Kimi tərifləyirəm, çaşır. Amma Röya böyük-kiçik yeri bilir. Onun həyatı, xoşbəxtliyi qarşıdadır. Röyanı istəməyənlərin gözü çıxsın. Sənin üçün çox darıxmışam. Məndə hədiyyən var.

Onun nə olduğunu desəm, bəzilərinin ürəyi partlayar. Onun dünyada ən böyük hədiyyəsi balası Hüseyndir. Ondan sonra fəxri adıdır. Bu fəxri ad "SSR xalq artisti" səviyyəsindədir. Sözünü bu sənətdə gözəl deyib. Səsinin tembri heç kimdə yoxdur. Hamı pişik kimi mırıldayır".

R.Ayxan 14 fevral Sevgililər Günündən danışıb. O, bayramı oğlu ilə birlikdə keçirdiyini deyib:

"Mən sevirəm, məni də sevrilər. Mənim üçün hər gün Sevgililər Günüdür. Dünən daha gözəl keçirdim. Hüseynlə birlikdə restorana getdim. Ailə dostlarımızla birlikdə oturduq. Qayıdanda Hüseyn məndən küsmüşdü. Deyir, həyatımda ən pis Sevgililər Günüdür. Deyirəm, başa düşmürsən ki, ananam, sevgilin yox. Cavab verdi ki, "Onda niyə mən sənə hədiyyə verdim?" Bu gün ona istədiyi hədiyyəni alacam".

R.Ayxan yeniliklərindən danışıb:

"Apreldə yeni sinql hazırlayıram. İlin sonuna konsert etməliyik. Türkiyədə də tanıtım konserti ola bilər".

Mənbə.Axşam.az
Sosial şəbəkələrdə paylaş: