Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Ermənistan ABŞ-la İran arasında «ticarət platforması»na çevrilir?


Ermənistan ABŞ-la İran arasında «ticarət platforması»na çevrilir?

13-02-2016, 19:06
Oxunma sayı: 469
Ermənistan ABŞ-la İran arasında «ticarət platforması»na çevrilir?

İrana qarşı beynəlxalq sanksiyaların ləğvi Ermənistanı ABŞ-la İran arasında ticarət platformasına çevirə bilər. ABŞ-ın İrandakı səfiri Richard Mills bu fikirdədir.

Mills ABŞ prezidenti Barack Obama-ya istinadən onu da deyib ki, ötən il Amerikanın Ermənistan iqtisadiyyatına yüksək investisiyası ABŞ-Ermənistan iqtisadi əməkdaşlığında "yalnız başlanğıcdır".

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Obama bu fikirləri ötən ay Ermənistanın yeni səfiri Grigor Hovhannisyan-la görüşündə dilə gətirib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, 2015-ci ildə Ermənistandakı Voratan Hidroelektrik Kompleksinin alınmasına ABŞ 250 milyon dollar xərcləyib.

ABŞ HÖKUMƏTİNİN ERMƏNİSTANDAKI ÖNCƏLİYİ

"Prezident Obama-nın sözləri ABŞ hökumətinin Ermənistandakı öncəliyinin əks-sədası - "Amerika investisiya və ticarətinin yüksəkdilməsi"dir. Mills Ermənistanda Facebookistifadəçiləri ilə onlayn söhbətində belə deyib.



Ermənistan ABŞ-la İran arasında «ticarət platforması»na çevrilir?

ABŞ diplomatı Voratan alqı-satqısını və 2015-ci ilin mayında ABŞ-Ermənistan Ticarət və İnvestisiya Şurası Razılaşmasını da xatırladıb: "Bunlar, fikrimcə, Ermənistan iqtisadiyyatının inkişafa qədəm qoymasını və islahatların Amerika investorlarının diqqətini çəkməsini göstərir".

Mills bildirib ki, İrana qarşı sanksiyalar götürüldükdən sonra Ermənistanın önəmi daha da artıb və ölkə ABŞ-ın İranla ticarət əlaqələrində vacib platformaya çevrilib.

"ERMƏNİSTANIN İRANLA ƏMƏKDAŞLIĞINA ETİRAZ ETMİRİK"

Səfir fevralın 5-də AzadlıqRadiosunun erməni xidmətinə şərhində açıq-aydın onu da söyləyib ki, Vaşinqton Ermənistanın İranla ticarət əlaqələrini genişləndirməsinə etiraz etmir.

Ermənistan prezidenti Serzh Sarkisian iranlı həmkarı Hassan Rouhani ilə ötən ay telefon söhbətində yeni iqtisadi əlaqələri müzakirə ediblər.

Daha öncə - 2015-ci ilin avqustunda isə hər iki ölkə Ermənistanın elektrik ixracatçısına çevrilməsinə yol açan yeni elektrik stansiyasının tikilməsi barədə razılığa gəlib.


Respublika.info
Sosial şəbəkələrdə paylaş: