Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » "Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri


"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri

12-02-2016, 19:44
Oxunma sayı: 369
"Artıq insanlar dollarlarını manata dəyişmək istəyirlər" - Bank müdiri

Manat devalvasiyadan sonra itirilmiş mövqelərini bir qədər bərpa edib. Bu, milli valyutaya olan inamın yenidən bərpa olunmağa başlaması ilə bağlıdır. Bəs ölkədəki bu situasiya bankların valyuta mübadiləsi əməliyyatlarına necə təsir göstərib?

Ötən ilin sonlarından ölkənin maliyyə bazarında baş verən proseslər bir sıra istiqamətlərdə əlavə tədbirlər həyata keçirmək, qanunvericilik aktlarına yenidən nəzər salmaq kimi vacib məqamları ortaya çıxardı.

Respublika.info Kəpəz TV (Region TV)-yəistinadən xəbər verir ki, bir neçə ay ərzində həyata keçirilən tədbirlər maliyyə bazarında yaranmış ajiotajın səngiməsinə imkan yaratdı. Hazırda da bu istiqamətdə vacib addımlar atılır. Bir çox banklar bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını normal qaydada həyata keçirirlər.

Ələsgər Həsənov - bank müdiri: "Tələbatı nəzərə alaraq, Mərkəzi Bankla, baş ofislə daim əlaqə saxlayırıq. Lazım gəldikdə, ehtiyat yarandıqda təcili şəkildə valyuta və ya Azərbaycan manatının gətirilməsini təmin edirik ki, şəhərimizin və yaxud da qonaqlarımızın tələbatını ödəyə bilək".

Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir. Bəzi banklar isə bazar günü də valyuta mübadiləsini davam etdirməyə qərar veriblər. Manatın məzənnəsinin stabilləşməsi də buna imkan verir.

Ələsgər Həsənov: "Amma son vaxtlar deyərdim ki, insanlar daha çox valyutanı, yəni dolların alınmasına üstünlük verirdilərsə, artıq əks tendensiya yaranıb. Artıq insanlar manatın möhkəmləndiyini nəzərə alaraq istəyirlər ki, öz dollarlarını manata dəyişsinlər".

Bununla belə Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət ciddi nəzarət altında saxlanılır və qanunsuzluqların qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir.
Sosial şəbəkələrdə paylaş: