“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Bəstəkarlardan Ceyhuna etiraz


Bəstəkarlardan Ceyhuna etiraz

12-02-2016, 18:50
Oxunma sayı: 333
Bəstəkarlardan Ceyhuna etiraz

Müğənni-bəstəkar Ceyhun Əliyev mahnılarının qiymətini açıqlayıb.

Respublika.info xəbər verir ki, sənətçi bəstəsinin qiymətinin 5 min manat olduğunu deyib:

"Bura həm mahnının sözləri, həm musiqisi, həm aranjmanı, həm də müğənninin studiya çalışması daxildir. Bu gün mahnı bazarında mənim müəllifi olduğum nəğmələr üstünlük təşkil edir. Tələbatı hiss edirəm. Mahnılarım da biri-birindən fərqlənir. Ona görə də məbləği məhsula uyğunlaşdırmışam".

C.Əliyevin fikrinə bəstəkar Nailə Mirməmmədli münasibət bildirib:

"Əgər Ceyhun mahnını 5 minə yazırsa, mənim 19 minə mahnı yazmağa, yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödəməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı, bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonra meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Mən iki ali təhsil almışam, amma bəstəkarlıq üçün yenə də bunu az bilirəm. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər".

Bəstəkar Faiq Sücəddinov isə C.Əliyevi tanımadığını deyib.

Müğənni hər iki bəstəkarın fikrinə cavab verib:

"Musiqi təhsilimi muğam və vokal üzrə almışam. Müəllimlərim Canəli Əkbərov və Teymur Əmrah olub. Nailə xanımın fikrinə hörmətlə yanaşıram. Düzdür, bəstəkarlığı bitirməmişəm. Nailə xanımın böyüklüyünün qarşısında baş əyirəm. Dəvət edir ki, gəlsin daha dərindən öyrənsin. Böyük məmnuniyyətlə, gedib öyrənərəm. Faiq müəllim baltalayır. Bəs onda biz gənclər yaşlı nəsildən nəyi öyrənək? Yaradıcılığımızı bilmək və barəsində danışmaq istəmirsiniz, aqressiv şəkildə yanaşırsınız. Bizim öyrənən vaxtımızdır, qol-qanadımızı sındırmaqdansa, düzgün yol göstərsinlər, səhvimizi desinlər ki, biz də gələcəkdə yeni nəsilə doğru olanı aşılayaq".

Mənbə.Axşam.az
Sosial şəbəkələrdə paylaş: