Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » "Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?"


"Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?"

10-02-2016, 17:29
Oxunma sayı: 175
"Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı yenidən tənqid edib.

Respublika.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, prezident Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: "Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil".

Xatırladaq ki, ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.
Sosial şəbəkələrdə paylaş: