Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA


MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA

8-02-2016, 18:42
Oxunma sayı: 322
MTRŞ-dan "Bu stil mənim" verilişi ilə bağlı AÇIQLAMA

"Bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı"


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə aydınlıq gətirib.Respublika.info xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında bildirib ki, Şura tərəfindən verilişdə nöqsanla bağlı telekanala məktub göndərilməyib: "Əvvəllər bu verilişdə efirdə xoşagəlməz bir hal qeydə alınmışdı. Amma son zamanlar efir etikasına zidd bir məqam qeydə alınmayıb. Odur ki, bizim tərəfimizdən verilişin bağlanması barədə qərar qəbul edilməyib".

T. Dadaşov, əksinə, ATV-də yayımlanan verilişlərin çoxunun səviyyəsinin yüksəldildiyini söyləyib. İndi ATV-dəki əyləncəli şouların da səviyyəsi artırılıb: "İndi bu kanalda əyləncəli verilişlər də səviyyəli şəkil alıb. Misal üçün, "Nanəli" verilişi indi çox yüksək səviyyədə xalq və bəstəkar mahnılarımızın təbliği ilə məşğul olmaqla, tamaşaçılara yüksək ovqat bəxş edir. ATV-də marifləndirici verilişlər də yaradılıb. "Qanunla Biz" verilişi vətəndaşlara hüquqi məsləhətlər verməklə yanaşı, onların öz hüquqlarını qorumasına yardımçı olur. Bu cür verilişlərin sayı bütün telekanallarda artsa, əlbəttə, yaxşı olar. O ki qaldı "Bu stil mənim" verilişinə, bu verilişlə bağlı, həmin verilişdə əgər bir nöqsan aşkarlanmayıbsa, niyə bağlanmasına qərar verilsin?"

Qeyd edək ki, "Bu stil mənim" verilişinin bağlanması barədə xəbərə dəb müsabiqəsinin rəsmi "İnstaqram" səhifəsində də aydınlıq gətirilib: "Üçüncü aydan etibarən yeni süprizlərlə "Bu stil mənim" ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. "Bu stil mənim" üçüncü aydan etibarən qonaqları və yenilikləri ilə gəlir".

Qeyd edək ki, dəb yarışı ötən gün efirə verilməyib.

Mənbə.movqe.az
Sosial şəbəkələrdə paylaş: