İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Kamran Əsədov:Təhsil Nazirliyi öz gününə ağlamaq üçün İrandan 200 nəfər ağlayan arvad alsın.


Kamran Əsədov:Təhsil Nazirliyi öz gününə ağlamaq üçün İrandan 200 nəfər ağlayan arvad alsın.

8-02-2016, 13:09
Oxunma sayı: 1854
Kamran Əsədov:Təhsil Nazirliyi öz gününə ağlamaq üçün İrandan 200 nəfər ağlayan arvad alsın.

Azərbaycan təhsilinin bugünki vəziyyətini araşdırmaq üçün Təhsil eksperti Kamran Əsədovdan Respublika.info-ya xüsusi açıqlama aldıq.Təhsil eksperti Azərbaycan təhsilinin bugünki vəziyyətini geniş şərh etdi.Kamran Əsədovun açıqlamasını olduğu kimi təqdim edirik.

Kamran Əsədov:Bugünki təhsilimizdən danışarkən tələbələrin vəziyyətinə baxaq.Təsəvvür edin bu gün öz ixtisaslarından fərqli olaraq mühafizəçi ,kuryer işləyən tələbələr var .Bu tələbələr bütün gününü işə ayırırsa təhsilə nə vaxt faydalı olacaq. Almaniya kimi ölkədə təhsil pulsuzdur.Biz kifayət qədər gəlirli ölkəyik.Mən belə hesab edirəm dövlət qısa vaxt ərzində bütün təhsil haqqlarını aşağı salmalıdır.Tələbə təqaüdlərini minimum həyat səviyyəsinə çatdırmalıdır.Ən yüksək təqaüd 100 manatdır.Amma bir insanın bir aylıq yaşam xərci 134 manatdır.Dövlət bu insana maliyyə dəstəyi olmalıdır ki, 4 ildən sonra həmin insan dövlətə faydalı olsun.

Gürcüstanda tələbə 300 dollar pul alır.Gürcüstanda təhsil ödənişli olsada bizdən dəfələrlə aşağıdır.Azərbaycanda təhsil haqqı kifayət qədər yüksəkdir.Bugün Azərbaycan universitetlərində təhsil haqqının məbləği inkişaf etmiş ölkələrdəki təhsil haqqından qat-qat yuxarıdır.Türkiyə kimi ölkədə illik təhsil haqqı 300 dollar hətta Sakarya,izmirdə universitetlər 150 dollar,70 dollardır.Amma bizdə ən cılız özəl universitet 3500-4000manatdı.MDB-də və yaxın qonşu olduğumuz ölkələrdə təhsil haqqı Azərbaycan qədər olan ikinci bir ölkə yoxdur.

Reytinqdə ilk minlikdə olan universitetlərin təhsil haqqı bizim heç bir elmi potensialı olmayan özəl universitetlərdən dəfələrlə aşağıdır.Bizdə universitetlər bazardır.Bugün Azərbaycanda məzunların işlə təminatı neçə faizdir?Heç buna baxan varmı?Universitetlər 4 il ərzində ancaq pul yığmağı fikirləşib.

Bugün Azərbaycan təhsilinə bir zarafat deyim:Bugün Təhsil Nazirliyi zəhmət olmazsa gedib Irandan 200 nəfər yaxşı ağlayan arvad alsın.Ancaq oturub Azərbaycan təhsilinə ağlasınlar.

Bu gün bizim təhsilimiz uçurumun dibindədir.Təəsüfki bu sahəyə rəhbərlik edən şəxslər düzgün idarəçiliyi bacarmırlar.Bu da onun nəticəsidir ki, işləmirlər.Bütün universitet rəhbərləri ciblərini düşünür,müəllimlər ciblərini düşünür .Ortada qalan isə tələbələrdir.Tələbələrdə onların ciblərini doldurmağa xidmət edirlər.Bu gün Azərbaycan təhsil sistemində quldarlıq sistemidir.Azərbaycanın elmi potensialı Röytersin siyahısında sıfıra bərabərdir.Bizim elmi işlərimiz Biləcəridən o tərəfə faydalı deyil.Day-day ,tapşırıq olmamalıdır. Təhsil müqəddəs olmalıdır.

Nəcəf Kazımov
Sosial şəbəkələrdə paylaş: