“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Zahid Oruc Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı...


Zahid Oruc Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı...

1-02-2016, 13:23
Oxunma sayı: 502
Zahid Oruc Çingiz Abdullayevi vəzifələrindən imtinaya çağırdı...Millət vəkili Zahid Oruc parlamentin yaz sessiyasının ilk iclasında xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin səsləndirdiyi fikirlərə münasibət bildirib.

RESPUBLİKA İNFO Moderator.az saytına istinadən xəbər verir ki, deputat qeyd edib Ç. Abdullayev özü dörd vəzifəni daşıyır:

“Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz yazıları ilə daim yaxşı yaşaya bilər. Mətbuata bildirib ki, “əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam”? Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü dörd vəzifə daşıyır. Həmçinin, bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Qeyd edək ki, Çingiz Abdullayev sosial şəbəkələrdə ixtisarlara belə münasibət bildirmişdi:

“İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə, ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm. Əmri imzalamadım, imzalamayacağam da. Hətta heç də düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.

4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?”
Sosial şəbəkələrdə paylaş: