Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Azərbaycana keçən erməni ailəsindən xəbər var: "Yaxşı yerdə yaşayırlar"


Azərbaycana keçən erməni ailəsindən xəbər var: "Yaxşı yerdə yaşayırlar"

31-01-2016, 17:31
Oxunma sayı: 192
Azərbaycana keçən erməni ailəsindən xəbər var: "Yaxşı yerdə yaşayırlar"

Ötən il sentyabrın 17-də Azərbaycana keçən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan son aylarda mətbuatın gündəmindən düşüb. Hazırda erməni ailəsinin harada yaşaması, işlə təmin olunub-olunmamaları məlum deyil.

Respublika.info musavat.com-a istinadən xəbər verir ki, Erməni ailəsinin xahişi ilə onların ölkəmizə gəlməsində böyük rol oynayan hüquq müdafiəçisi Novella Cəfəroğlu onlarla daim maraqlandıqlarını bildirdi: "Gələn həftə həmin erməni ailəsi ilə daha ciddi maraqlanacağıq. Ondan sonra mətbuata bu barədə geniş açıqlama verəcəm. Onlar daim diqqətimizdədir. Əlaqələrimiz var. Həmkarlarım erməni ailəsi ilə tez-tez görüşürlər. Ümumi vəziyyətləri normaldır. Hazırda yaxşı yerdə yaşayırlar. Erməni ailəsinə ölkəmizdə vətəndaşlıq verilib-verilməməsini bu həftə açıqlayacağıq. Onu deyim ki, Azərbaycanda yaşamalarından çox razıdırlar".

Xatırladaq ki, erməni ailəsi ötən il sentyabrın 17-də düşmən ölkədəki zülmlərdən canlarını qurtararaq, Azərbaycana qaçmışdı. Ölkəmizdə yüksək səviyyədə qarşılanan Vaan Martirosyan və ailəsinin aqibətinin necə olacağı hələ də məlum deyil. Erməni ailəsi qanunla ya üçüncü ölkəyə təhvil verilməli, ya da Azərbaycan vətəndaşlığı verilməlidir.
Sosial şəbəkələrdə paylaş: