Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » Kamran Əsədov:Təəssüfləndirici haldır ki, Təhsil nazirliyi şərh verə bilmədi.


Kamran Əsədov:Təəssüfləndirici haldır ki, Təhsil nazirliyi şərh verə bilmədi.

27-01-2016, 19:45
Oxunma sayı: 1229
Kamran Əsədov:Təəssüfləndirici haldır ki, Təhsil nazirliyi şərh verə bilmədi.

Universitetlərdə semestr imtahanlarının bitmə ərəfəsində Təhsil Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi təqaüd haqqında qanun tələbələr üçün mübahisəli mövzu olaraq qalır. Təhsil üzrə ekspert Kamran Əsədov bu barədə Respublika.info-ya açıqlama verib.

Kamran Əsədov: 2015 ci ildə ölkə rəhbərliyi Təhsil Nazirliyinin təqdimatı ilə ali təhsil müəssisələrində ,kolleclərdə müvəffəqiyyət göstəricisinə görə tələbələrin biliyinin qiymətləndirilməsi və təqaüdlərlə bağlı yeni qayda tətbiq etdi.

Qanunu ilk eşitəndə sevindik ki, ödənişli oxuyan tələbələrin sosial vəziyyətinin möhkəmləndirilməsi ilə bağlı bizim irəli sürdüyümüz təklif qəbul olundu .Bu qanunda əslində bizim düşündüyümüz böyük dəyişiklik olmadı.Qanun qəbul olunan zaman mən bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə yaratdım.Təəsüfləndirici haldır ki, Təhsil Nazirliyi Təhsil haqqinda qəbul olunan qanuna şərh verə bilmədi.Hələ bu məsələ ilə bağlı araşdırma apardıqlarını söylədilər..Biz Prezidentin qəbul etdiyi qanunu dəfələrlə oxuyub öz irəli sürdüyümüz təkliflə qarşılaşdırdıqdan sonra digər ekspertlərlə birlikdə hər bir tələbənin təqaüd alacagı fikrinə gəldik.Sonradan məlum oldu ki əvvəlcədən dövlətin qəbul plan yerində bir qrupda dovlət sifarişli neçə tələbə təqaüd alırsa bu yenədə elə olacag.

Misal üçün ,Bir auditoriyada 20 nəfər uşaq təqaüd alır.Bunlardan 10-u dövlət sifarişli digər 10 nəfər ödənişli təhsil alır.Burada yenədə 10 nəfər təqaüd alacaq.Qanunda məlum oldu ki müvəffəqiyyət göstəricisi yüksək olan,kəsri olmayan,ödənişli və ödənişsiz olmasından aslı olmayaraq 10 nəfərə təqaud şansı ayrılıb.İndi isə həmin təqaüdü ən yüksək nəticə göstərən 10 nəfər alacaq.Bunun ümumilikdə fakultəyə aid oldugunu düşünsəkdə məlum oldu ki,bu yalniz qruplara aid olacag.İndi ödənişli və ödənişsiz olmasindan aslı olmayaraq fakultələrdə tələbələr arasında təqaüd uğrunda mübarizə gedir. Fevralın birindən məlum olacag ki ,heç bir dəyişiklik yoxdur.Mən təklif etmişdim ki ,bu bütün qruplara şamil olunsun .Bunun üçün dövlətin kifayət qədər maliyyəsi var.


Təhsil eksperti Kamran Əsədov yeni bir təklif irəli sürdü.Qeyd etdi ki,ödənişli və ödənişsiz olmasından asli olmayaraq tələbələr üçün ortalama bal qoyulsun.Müvəffəqiyyət göstəricisi qoyulan balı keçən,kəsri olmayan hər bir tələbəyə təqaüd ayrılsın.

Sərəncamın bu cür verilməsinin səbəbini sorusduqda Kamran Əsədov Təhsil Nazirliyinin düzgün şərh verməməsini dedi.Biz bunu müəllimlərin əmək haqqının artırılmasındada gördük.
Ekspert Müəllimlərin əmək haqının qaldırılması məsələsinədə açıqlama gətirdi.Məlum olduki bu qanun yalniz Bakı şəhərinə şamildir.
Sosial şəbəkələrdə paylaş: