Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » Prezidentin anti-böhran proqramı xalqın rifah halının sabitləşməsinə yönələcək


Prezidentin anti-böhran proqramı xalqın rifah halının sabitləşməsinə yönələcək

26-01-2016, 18:35
Oxunma sayı: 501
Prezidentin anti-böhran proqramı xalqın rifah halının  sabitləşməsinə yönələcək

Artıq bir neçə ildir ki, dünya ölkələrini iqtisadi, maliyyə və siyasi böhranlar bürüyüb. Bizə yaxın olan bir çox regionlar vətəndaş müharibəsinin acılarını çəkir, əhalisinin əksər hissəsinin “elementar yaşam imkanları” naminə məcburi qaçışlarına seyr edirlər.

2008-2009-cu illərdən başlanan qlobal maliyyə və iqtisadi böhranı fonunda bu illər ərzində məhz Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı böhrandan maksimum dərəcədə qoruna bilib. Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Əlbəttə, qlobal maliyyə bazarında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə umumidünya böhranı bir qədər də dərinləşmişdir. Təəssük ki, əvvəlki illərdən fərqli olaraq yola saldığımız ildə yüksək inkişafa nail olunmamışdır. Neftin qiyməti son vaxtlar kəskin olaraq 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi il ərzində 2 dəfə devalivasiyaya uğramış, dövlətin rezerv ehtiyatları xeyli azalmışdır.Bu da qaçılmaz idi. Bu hadisələr bizimlə qonşu olan, regional bağlılığımız ölkələrdə bir neçə il öncə baş vermiş və indi də davam edir. Bu işdə ortaya qoyula biləcək qaçılmaz addım və çıxış yolu kimi təcili və çevik anti-böhran proqramının hazırlanması və effektiv anti-böhran tədbirlərinin həyata keçirilməsidir ki, Azərbaycan dövləti, onun rəhbərliyi də məhz bu yolu seçmişdir.

Anti-böhran tədbirləri mövcud və gözlənilən böhranın təsirlərini azaltmaqla yanaşı eyni zamanda iqtisadiyyatda canlanmaının da formalaşmasına xidmət edir. Anti-böhran tədbirləri sadəcə dövlət büdcəsinin xərclərinin azaldılmasına deyil, həmçinin bəzi hallarda stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün dövlətin üzərinə yeni xərcləri qoyur. Bu baxımdan anti-böhran büdcəsi heçdə nəzərdə tutulan maliyyə ayırmalarının kəsilməsi anlamına gəlmir, əksinə bir sıra vacib olmayan layihələrinmaliyyələşdirilməməsi hesabına anti-böhran tədbirlərinə vəsaitin ayrılmasını nəzərdə tutur.Anti-böhran proqramının əsas hədəflərindən biri də iş yerlərinin sayının, kredit xətlərinin mövcudluğunun saxlanılması, ozəl sektora və investisiyalara dəstəyin verilməsidir. Burada məşğulluğun təmin edilməsi və istehsalın həcminin qorunması üçün vergi güzəştlərinin tətbiq edilməsi də vacib amillərdəndir.

Anti-böhran proqramının əsas sütünlarından biri də çevik, mobil idarəetmə aparatının yaradılması, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, bir-birini təkrarlayan, dövlət büdcəsinə əlavə yük olan icra strukturlarının ləğv edilməsi, birləşdirilməsi, hüquqi və instutsional islahatların aparılmasıdır ki, bunlarda məhz Ölkə Prezidenti cənab İlham Əliyevin əsas hədəfləri və fəaliyyət istiqamətləridir.

Bu prosseslərin operativ aparılmasına başlayan dövlət başçısı burada ictimai nəzarət mexanizmlərinin tətbiq olunmasını qeyd etməklə Azərbaycanda demokratik, yaxşı idarəetmə ənənələrinin oturmuşmasına da səslənmiş oldu. Ölkə prezidenti tərəfindən bu istiqamətdə konkret addımlar atılmağa başlamış, büdcəyə yük olan bir neçə dövlət qurumu ləğv edilmiş, bir neçəsi birləşdirilmiş və bu prosses davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirmiş və müvafiq icra strukturlarına ciddi tapşırıqlar vermişdir. Lisenziyalaşdırma sahəsində fundamental qərarların qəbul edilməsi və qısa bir zaman kəsiyində icra olunması ilə başlanan proqressiv adımlar dalğası 2016-cı ildə qeyri neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialının genişləndirilməsi, yerli sənayenin o cümlədən, kənd təsərrufatı məhsullarının, istehlak malları istehsalının artırılmasını və idxalın həcminin azaldılmasını nəzərdə tutmuşdur.

Vergi Məcəlləsinə edilmiş dəyişiliklər, büdcəmizdə neftdən gələn gəlir hissəsinin əsas əvəzləyicisi olacaq vergi tutma bazasının genişləndirilməsinə imkan verəcəkdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaqdır ki, bu da həm əhali, həm də sahibkar tərəfindən alqışlarla qarşılanır. Yeni iş yerlərinin yaradılması və mövcud potensialın bərpası ilə əlaqədar bölgələrdə sənaye zonalarının yaradılması ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulmuşdur. Bu məsələ ölkədə regional məskunlaşma, paytaxt və iri şəhərlərə işlək əhali axının azalması imkanlarını da artıracaqdır.

Əhalini ən çox narahat edən məsələlərdən biri olan süni qiymət artımının qarşısının alınması məqsədi ilə Prezident tərəfindən müvafiq dövlət qurumlarına tapşırıq verilmiş və artıq bunla bağlı müvafiq addımlar atılmağa başlamışdır. Təcili olaraq buğda və digər un məhsullarının idxal və satışı üzərindən ƏDV-nin götürülməsi haqqında sərəncamın verilməsi “çörək işbazlarının” bəhanəsinin qarşısının alınmasına tutarlı cavab oldu.Əmək haqqının və pensiyaların artırılması ilə bağlı Nazirlər Kabinetinə verilmiş tapşırığa uyğun bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlanmasında məlum oldu ki, Prezidentin bu çağırışı əhalinin 4 milyon nəfərdən çox hissəsinə şamil olunacaqdır. Artıq müxtəlif kateqoriyalardan olan, dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqqlarının artırılmasına başlanılmışdır və bu məsələ ölkə prezidentinin diqqətində davam etməkdədir.

Bu gün bəzi möhtəkirlər kimi vəziyyətdən sui-istifadə edən anti-azərbaycan qüvvələr və onların xaricdəki havadarları Azərbaycanda, onun bölgələrində sabitliyi pozmağa, ixtişaşlar yaratmağa cəhd göstərirlər. Bu qüvvələr başa düşməlidirlər ki, iqtisadi-maliyyə böhran fonunda beləAzərbaycan Prezidenti və onun hökuməti öz anti-böhran proqramı ilə mövcud böhranın təsirlərindən dövləti, xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir. Bu qüvvələr bilməlidirlər ki, artıq Azərbaycan həm iqtisadi həm siyasi cəhətdən, xalqla iqtidarın həmrəyliyinin yüksək səviyyəsinə çatmış güclü bir dövlətə çevrilmişdir və bu qüvvələrin cəhdləri əbəsdir.

İnanırıq ki, ictimai-siyasi və iqtisadi prosesləri, xalqın maraqlarını, rifah halının stabilləşməsinidaim diqqət mərkəzində saxlayan dövlət başçısı, qarşılaşdığımız bu çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracaq və Azərbaycan uğurlu inkişaf yolunu davam etdirəcəkdir.



Asif Əsgərli(Azərbaycan Demokratik Tələbə
Gənclər Təşkilatının Sədri)

Respublika.info

Sosial şəbəkələrdə paylaş: