Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Neftin qiyməti 50 dollar olacaq...


Neftin qiyməti 50 dollar olacaq...

24-01-2016, 13:41
Oxunma sayı: 496
Neftin qiyməti 50 dollar olacaq...

Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

Respublika.info xəbər verir ki,P.Andurandın fikrincə ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq.

P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

“IHS Global Insight”ın neft bazarları üzrə direktoru Spenser Velç isə deyib:

“Neftin qiymətlərinin gündəlik və ya bir neçə günlük gedişatını qiymətləndirərək 20 dollar/barrel səviyyəsinə düşəcəyini demək olar. Lakin qiymətin bu səviyyədə qalıb-qalmayacağı və ya nə qədər qalacağı barədə fikir bildirmək isə çox çətindir”.

Bundan başqa, Çindəki iqtisadi yavaşlama və bununla əlaqədar olaraq neft tələbatının azalması, həmçinin də xam neft hasilatının günbəgün artması da qiymətlərə öz mənfi təsirini göstərir.

Son günlər dünyanın aparıcı investisiya bankları, analitiklər neftin dünya bazarındakı qiymətləri ilə bağlı bədbin proqnozlar verirlər.

Rusiya maliyyə naziri Anton Siluanov da neftin 2016-cı ildəki qiyməti ilə bağlı proqnoz verib. O bildirib ki, gələn il neftin bir barelinin qiymətinin 40 dollar olacağı gözlənilir. Daha sonra nazir ehtiyat edərək bəyan edib ki, Rusiya neftin barelinə görə istənilən qiymətə hazır olmalıdır.

Hazırda dünya birjalarında “Brent” markalı neftin qiyməti 32.18 dollar, “Texas” (WTI) markalı neftin qiyməti qiyməti 32.21 dollardır.

“AzəriLayt” markalı neftin bir barreli 2,59 dollar bahalaşaraq 33,06 dollara satılır

Mənbə.Ans
Sosial şəbəkələrdə paylaş: