Ümummilli lider Heydər Əliyevin mənəvi dəyərlərə baxışı AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ
Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi.
Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür



» » Suriyada hərbi qələbə Türkiyədə erkən seçkilər haqda ehtimalları gücləndirir


Suriyada hərbi qələbə Türkiyədə erkən seçkilər haqda ehtimalları gücləndirir

21-03-2018, 21:53
Oxunma sayı: 2495
Türkiyənin Suriyada YPG kürd militantları üzərində qətiyyətli qələbə əldə etməsindən sonra ölkədə erkən seçkilərin keçirilə bilməsi ilə bağlı ehtimallar artır.

Bazar günü Suriyanın strateji Afrin şəhərinin nəzarətinin YPG-dən alınması Türkiyədə Şəhidlər gününə təsadüf edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya kampaniyasını Türkiyədə müstəqillik uğrunda müharibədən sonra ən mühüm hərbi kampaniya adlandırıb.

Ankara YPG-ni Türkiyədə uzun illərdir üsyana qalxmış kürd militantları ilə əlaqəsi olan terrorçular adlandırır. Ərdoğanın siyasi mesajı birbaşa, ya da dolayısı ilə hökumətin nəzarətində olan media tərəfindən izlənilir.



Suriyada hərbi qələbə Türkiyədə erkən seçkilər haqda ehtimalları gücləndirir
“Suriya əməliyyatı onun siyasi mövqeyini möhkəmlədib. Artıq seçkilərin erkən keçirilməsi müzakirə edilir. Fikrimcə, bu müzakirələr daha da intensivləşəcək və Ərdoğan və onun siyasi müşavirləri işi isti-isti görməyə çalışacaqlar”, Al Monitor veb səhifəsinin siyasi şərhçisi Semih İdiz deyir.

Türkiyədə ümumi və prezident seçkiləri 2019-cu ildə keçirilməlidir.

Tənqidçilər Ərodoğanı seçkilərdə qələbə əldə etmək məqsədilə zəmin hazırlamaq üçün Suriyada hərbi kampaniyanı bilərəkdən təşkil etməkdə günahlandırır. Ərdoğan bu ittihamları qəti şəkildə rədd edir. O, erkən seçkilərin keçirilməsi haqda mülahizələri dəfələrlə rədd edərək, seçkilərin təyin edildiyi kimi 2019-cu ilin noyabrında keçiriləcəyini bildirib. Baş nazir, sonra isə prezident kimi hakimiyyətdə olduğu 15 il ərzində Ərdoğan heç vaxt erkən seçkliər keçirməyib.

“Mən Ərdoğanın erkən seçkilər keçirmək istədiyini düşünmürəm. Ərdoğan iki fərziyyə əsasında hərəkət edir. Suriya kürd militantlarının sərhəddən kənarlaşdırılması ona səsvermədə üstünlük verəcək və o fikirləşir ki, iqtisadiyyatı maliyyə baxıından daha çox stimullaşdırmaqla o, seçicilərin istəklərini təmin edə bilər”, Qlobal Mənbə Tərəfdaşları mərkəzinin siyasi təhlilçisi Atilla Yeşilada bildirib.

Təhllçilər eyni zamanda bildirir ki, Suriyada hərbi əməliyyatlara ictimaiyyət arasında geniş dəstəyin olmasına baxmayaraq, rəy sorğuları bunun seçkilərdə Ərdoğanın özü və APK üçün üstünlüyə nə dərəcədə təsir edəcə biləcəyi haqda qarışıq nəticələr göstərir. Bu, onların fikrincə, Ərdoğan qarşısında əsas dilemmadır ("Amerikanın səsi").
Sosial şəbəkələrdə paylaş: