“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » ABŞ çalışır ki, Türkiyə bundan imtina etsin


ABŞ çalışır ki, Türkiyə bundan imtina etsin

30-12-2017, 14:36
Oxunma sayı: 269
ABŞ çalışır ki, Türkiyə bundan imtina etsin

ABŞ Türkiyənin Rusiyadan S-400 raket kompleksi almaması üçün cəhdlərini davam etdirir.

Bu barədə məlumatı TASS-a ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Conni Maykl Türkiyə-Rusiya arasında S-400-lə bağlı ötən gün imzalanan kredit müqaviləsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyənin regionda təhlükələrdən müdafiə edilməsi üçün ən optimal variant NATO raket əleyhinə müdafiə sistemidir.

“Biz S-400 alması ilə bağlı Türkiyəyə öz narahatlığımızı çatdırmışıq. Bu məsələdə Türkiyə ilə açıq dialoqun tərəfdarıyıq. Türkiyə NATO üzvüdür və istənilən böyük miqyaslı hərbi sistemlərin alınması zamanı onun NATO-ya uyğunluğunun qorunması vacibdir”, - Maykl vurğulayıb.

O qeyd edib ki, ABŞ və Türkiyəni hərbi-texniki sahədə çox güclü və əhəmiyyətli əlaqələr birləşdirir:

“Türkiyə NATO-dakı müttəfiqlərindən, “Patriot” sistemi də daxil olmaqla, daha genişmiqyaslı və uzunmüddətli ehtiyaclarını təmin etmək üçün müdafiə sistemləri əldə etməyə çalışır. ABŞ da satılması mümkün olan hərbi avadanlıqların müttəfiqinə tədarükünü sürətləndirməyə borcludur”.

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya arasında S-400-lərin alışı ilə bağlı kredit müqaviləsi imzalanıb. Bunun ardınca isə ABŞ-ın “Raytheon” şirkətinin Türkiyəyə ən güclü raketlərindən sayılan AMRAAM-ı satmaqla bağlı qərar verdiyi açıqlanıb.

Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: