Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video
22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr Sərnişin avtobusu qəzaya uğradı



» » Saakaşvili Poroşenkonun tezliklə devriləcəyini bildirib


Saakaşvili Poroşenkonun tezliklə devriləcəyini bildirib

30-07-2017, 10:05
Oxunma sayı: 124
Saakaşvili Poroşenkonun tezliklə devriləcəyini bildiribGürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək. O, həmçinin Ukraynaya qayıdacağına söz verib.

"Report" xəbər verir ki, Saakaşvili bunu Gürcüstanın "Rustavi-2" teleşirkətinə müsahibəsində bildirib.

"Poroşenko heç cürə məndən yaxa qurtara bilməyəcək, əksinə, onun hərəkəti bütün Ukrayna müxalifətini birləşdirdi…yeni tarixdə liderlərin öz rəqiblərini ölkədən qovmağa çalışdığı bir halda, rəqibin geri qayıtması və həmin lideri vəzifəsindən devirməsinə dair xeyli nümunə var. Ukraynada məhz belə olacaq… Mənim gəlişim fonunda Poroşenkonun devrilməsi baş verəcək, biz Ukraynaya tamamilə yeni vəzifələrə qayıdacağıq", — deyə o əlavə edib.

Hazırda Saakaşvili ABŞ-dadır. Çərşənbə günü Ukrayna prezidenti sabiq qubernatorun vətəndaşlıqdan məhrum edilməsinə dair fərman imzalayıb.

Saakaşvili, həmçinin bildirib ki, Poroşenko Gürcüstana dövlət səfəri zamanı gizli şəkildə əvvəllər baş nazir olmuş milyarder Bidzina İvanişvili ilə görüşüb. Sabiq prezidentin sözlərinə görə, onlar razılığa gəliblər ki, Kiyevə Saakaşviliyə qarşı cinayət ittihamlarını sübuta yetirəcək saxtalaşdırılmış məlumatlar veriləcək.
Sosial şəbəkələrdə paylaş: