Azərbaycandan Trampa özəl hədiyyə Ağ Evə göndərildi - VİDEO Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB Dinozavrlar qayıdır? Sərdarın model xanımının sirri açıldı
"Bozbaş"ın "ağsaqqal"ı evlənir Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR? Rusiyanın energetika nazirindən neftin qiymətinə dair PROQNOZ Türkiyənin məşhur aparıcısı Azərbaycana köçür - FOTO
Azərbaycanlı milyarderin oğlu model sevgilisi ilə - FOTO Donald Trampdan etirazlara MÜNASİBƏT Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək Milyarderə edam ediləcəyini bildirdilər



» » Həcc ziyarətindədaha bir azərbaycanlı zəvvar dünyasını dəyişib


Həcc ziyarətindədaha bir azərbaycanlı zəvvar dünyasını dəyişib

25-09-2015, 21:04
Oxunma sayı: 208
Bu gün Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Həyatını itirən şəxs Kəklik Aslanovadır.

Onun sözlərinə görə, K.Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb. Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.

Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Sosial şəbəkələrdə paylaş: