104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Ermənistanın sərhəd kəndləri sürətlə boşalır


Ermənistanın sərhəd kəndləri sürətlə boşalır

24-09-2015, 15:50
Oxunma sayı: 798
Ermənistanın cəbhə xəttində yerləşən kəndləri sürətlə boşalır. Belə kəndlərdən biri də Tavuş vilayətinin Koti kəndidir.

APA-nın Ermənistanın “azatutyun.am” saytına istinadən verdiyi məlumata görə, kənd sakini Aykaz Azibekyan bildirib ki, artıq o da kəndi tərk etmək barədə düşünür. Kənd məktəbində uşaqların sayının 25 faizə qədər azaldığını nəzərə çatdıran A. Azibekyan həm təhlükəsizlik, həm də maddi durumlarının ağır olması səbəbindən başqa çıxış yolu olmadığını söyləyib. A. Azibekyan deyib ki, getməyə yer olsaydı, çoxdan ölkəni tərk edərdilər: “Düşünürük ki, Rusiyaya, yoxsa başqa ölkəyə gedək?! Biz burada yaşamırıq, sadəcə, mövcuduq”.

Kənd sakini 52 yaşlı Anna Siradeqyan da yaşayışından şikayət edib: “Nə qədər dözmək olar? Bilmirəm, barəmizdə düşünürlər ya yox. Bütün insanlar gecə gərgin vəziyyətdə olur, nə yuxu, nə də sakitlik var. Bunun sonu nə vaxt olacaq? Artıq kənd boşalır. Mən də kəndi tərk edə bilərəm. Kimin imkanı var, Rusiyaya gedir”.
Sosial şəbəkələrdə paylaş: