104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » Tiflisdə ABŞ səfirliyində gənc azərbaycanlı rəssamların 11 sentyabr faciəsinə həsr olunan rəsm əsərlərinin nümayişi keçirilib


Tiflisdə ABŞ səfirliyində gənc azərbaycanlı rəssamların 11 sentyabr faciəsinə həsr olunan rəsm əsərlərinin nümayişi keçirilib

12-09-2015, 07:58
Oxunma sayı: 470
RESPUBLIKA İNFO xəbər verir ki, APA Gürcüstandan bürosunun məlumatına görə, sərgidə MGM-nin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin terrorizm və sülhə aid 20 rəsm əsəri nümayiş olunub. ABŞ-ın Gürcüstandakı səfir vəzifəsini icra edən Nikolas Berliner azərbaycanlı gəncləri qarşılayıb və 11 sentyabr faciəsinin tarixi və problemləri haqqında fikirlərini bildirərək 14 il yaddaşlarda yaşayan faciəni qətiyyətlə pisləyib. Sonra Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov çıxış edərək dünyada baş verən terrorizmin dünya ölkələrinin inkişafına zərər verdiyini və xalqların yaşayış tərzinə problemlər yaratdığını bildirib. O, terrorizmə tez-tez dini don geyindirildiyini də vurğulayıb. Sərginin açılışında ingilis dilində çıxış edən azərbaycanlı gənclər terrorçuluğun dünya üçün həmişə təhlükə yaratdığını və bu təhlükəyə qarşı birgə mübarizə etməyin vacib olduğunu bildiriblər.

ABŞ səfiri sərgidə nümayiş olunan əsərlərə görə azərbaycanlı gənclərə təşəkkürünü bildirib. Tədbirin sonunda 11 sentyabr faciəsindən bəhs edən film göstərilib və faciə ilə bağlı diskussiya aparılıb.
Sosial şəbəkələrdə paylaş: