Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF





ETİRAF

4-08-2019, 07:20
Oxunma sayı: 505
ETİRAF“Qabırğalarım arasında körpə bir sərçə çırpınır. O, orda əsirdi. Ya uzun müddət sonra qəfəsdə qüssədən öləcək, ya da elə sabah azadlıqda, bir qırğının caynağında. Bəs bunun qərarını kim verəcək?”

O, bu cümlələri oxuyub fikrə daldı.
-Maraqlıdır. Çox-çox maraqlıdır! - deyə, təkrar -təkrar, sakitcə pıçıldayırdı…

Xeyli fikirli halda dayanıb, oxuduğu cümlənin təsirindən çıxa bilmirdi. Nəhayət, dərindən nəfəs alıb parkda, fəvvarənin yanında əyləşdi və öz-özünə hesabat verirmiş kimi sual etdi:

-Axı nə baş verib, nə olub sənə? O kobud, qorxulu insan hara yoxa çıxıb ki, az qala uşaq kimi elə hey fikirləşirsən!? Sonra da bir dərin ah çəkirsən! Nədir bu pərişan halın səbəbi? - deyə, biraz özünü danladı.

Adəti üzrə səhərlər qalxıb gündəlik mətbuatı gözdən keçirən, masasının üstü səliqəli olan, gün ərzində görüləcək işləri qeyd dəftərində yazıb ardıcıl, planlı şəkildə günü bitirən ciddi, qaraqabaq insandan, sanki, əsər-əlamət yox idi.

O, həmişə elə hesab edib ki, gülməyi bacarmır. Hətta, dostları ona ara-bir “gülməyi öyrən” deyə, yarızarafat məsləhət edirdilər. Həmin gülməyi bacarmayan insan indi biixtiyar gülümsəyir və nəsə yeni bəlaya mübtəla olduğunu hiss edirdi. O, tez-tez mobil telefonu çıxarıb ekranına baxır, sonra da telefonu qapayırdı. Bütün bunlar az vaxtda baş vermişdi.
Təsadüfən gördüyü bir şəxs bütün fikirlərini qarışdırmışdı. Bəs onun fikirlərini qarışdıran bu naməlum insan kim idi?

Onu gördüyü gündən etibarən, ancaq onun haqqında fikirləşirdi. Onunla niyə salamlaşmadığı üçün özünü məzəmmət edir, söhbətləşmədiyi üçün özünü danlayırdı. Sonra da öz-özünə haqq qazandırırmış kimi, kinayə ilə gülümsəyib:
-Onsuz da danışa bilməyəcəkdin, dilin topuq vuracaqdı! - deyə, özünə təsəlli verirdi.

Cibindən kiçik bir qeyd dəftəri çıxarıb şeirə bənzər bir-iki misralıq nə isə cızma-qara etdi:

Sevgi dəyişdirir, sevgi döndərir.
Qəfəsdə kiçicik bir qəlb öldürür.
Qırğını sərçəyə, qula döndərir.


Bu arada qəfil yadına nə isə düşdü. Dəhral mobil telefonu götürüb ekranına baxdı. Gülümsündü və sonra telefonu qapadıb yenidən fikrə daldı.

Əməlli-başlı adət etmişdi telefonuna tez-tez baxmağa .Güzgüdə belə özünə təkrar baxmağa səbri olmayan insan, indi az qala hər an mobil telefonun ekranına baxmağa məcbur idi. Sanki, əvvəllər heç rastlaşmadığı qəribə, sirli duyğuyamı, tilsiməmi düşmüşdü?! İndi tək ümidi özündən başqa hər kəsə məchul olan, mobil telefonunun ekranında gizlətdiyi, o adam idi. Hansı ki, onunla həyata dair yeni ümid tapmışdı .

O, dəyişmək istəyirdi. Soyuq gecələrinə, qaranlıq düşüncələrinə rəng qatmaq istəyirdi . Tənha sinəsində gəzdirdiyi daş ürəyi yumşaltmaq, onu bir ət parçasından duyğuların yuvasına çevirmək istəyirdi. Bir vaxtlar möhkəm iradəli insan, indi çox zəif idi. Artıq qəlbi ona məxsus deyildi. Köksündə bir başqası məskən salmışdı. Allah tərəfindən verilən ürəyi əlindən alınmışdı.
O, qəfəsdə çırpınan kiçik bir qəlbə məğlub idi!
Sinəsində meydan salan məchul bir hərbə məğlub idi!


Qərarsız və əlacsız qalmışdı. İndi məğlub könlünün açarlarını bu savaşın məchul qalibinə təslim etmək haqqında düşünürdü. Düşündükcə ürəyi titrəyir, köksü sıxılırdı. Dərindən ah çəkirdi. Axı o, bilmirdi ki, könlünün məchul fatehi məğlub etdiyi qəlb ilə necə rəftar edəcək!? Sahibmi çıxacaq, yoxsa xaraba haldamı tərk edəcək ? Hər halda, bütün bunlara qəlbini fəth etmiş sultan qərar verəcək!

Vasif Abdullayev
Sosial şəbəkələrdə paylaş: