“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » Azərbaycanda bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb


Azərbaycanda bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

23-01-2018, 19:07
Oxunma sayı: 718
Azərbaycanda bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

"2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılmışdır. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb".

Respublik.info Trend-ə istinadən xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadənin sözlərinə görə, tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı "Yoluxucu xəstəliklər" ixtisasına üstünlük veriblər:

""Gigiyena" və "Epidemiologiya" ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.

2017-ci ildə imtahanın birinci mərhələsinin - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılmış, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artmışdır ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olmuşdur.

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır. Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar - baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanmış, eləcə də test bankına yeni test tapşırıqları daxil edilmişdir. DİM rezidenturaya qəbul imtahanlarının məzmunu ilə yanaşı, qiymətləndirmə mexanizminin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Namizədlərin imtahanlara müstəqil və daha səmərəli hazırlaşmalarına kömək üçün müxtəlif fənlər üzrə vəsaitlərin və test toplularının tərtibi və nəşri istiqamətində işlər davam etdirilir.
Xatırladırıq ki, 2013-cü ildən etibarən rezidenturaya qəbul imtahanlarında bütün istiqamətlər üzrə açıq formalı test tapşırıqlarından istifadə olunur. Açıq formalı test tapşırıqlarının həlli üçün daha dərin nəzəri bilik və həmin bilikləri tətbiq etmək bacarığı tələb olunur. Qeyd etmək lazımdır ki, açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri praktikada tətbiq etməsinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir. Ayrı-ayrı illərdə imtahanların nəticələrinin statistik təhlilləri göstərmişdir ki, son illərdə açıq formalı test tapşırıqlarına doğru cavab verən namizədlərin sayında artım müşahidə olunur".
Sosial şəbəkələrdə paylaş: