Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərhad Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə
Fərhad Ağa Səlim oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Əzizovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib.
Rəşid Ağayev