“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » Demokratik Gənclər Hərəkatı Təhsil Nazirliyini məhkəməyə verə bilər


Demokratik Gənclər Hərəkatı Təhsil Nazirliyini məhkəməyə verə bilər

10-10-2017, 17:22
Oxunma sayı: 173
Demokratik Gənclər Hərəkatı Təhsil Nazirliyini məhkəməyə verə bilər

Son günlər orta sinif dərsliyində “Böyük Ermənistan” xəritəsinin yerləşdirilməsi ölkədə ciddi ajiotaja səbəb olub. Ciddi narazıçılığa səbəb olan bu hadisədən sonra, dərsliklərdən həmin kitab yığışdırıldı.

Respublik.info Monitortv.info-ya istinadən bildirir ki, məsələ haqqında “Monitor” – a danışan Demokratik Gənclər Hərəkatının sədri İsmayıl İslamoğlu bu hadisəni vətənə xəyanət adlandırıb:

“Gəncliyin sağlam yetişməsində başlıca rolu olan təhsil sistemi Azərbaycanda sıfıra bərabərdir. Bir müddət öncə biz təhsil sistemimizdəki boşluqlardan danışmışdıq. Görünür ölkəmizdə təhsilimizin normal inkişaf etməsi yox, təhsil vasitəsi ilə qazanılan rüşvət dolu milyonlar maraqlıdır bəzi qüvvələrə. Biz belə hesab edirik ki, erməniliyin təbliğatının aparılması cinayət məsuliyyəti daşıyır və buna görə də, lazimi orqanlara cəza tədbirləri görülməlidir. Biz də, Demokratik Gənclər Hərəkatı olaraq, bu məsələ ilə əlaqədar Təhsil Nazirliyini məhkəməyə verməyə, baş prokurorluğa müraciət etməyə hazırlaşırıq. Yəqin ki, yaxın günlərdə bununla bağlı tərəfimizdən ətraflı məlumat veriləcək”
Sosial şəbəkələrdə paylaş: