Zakir Həsənov: "Azərbaycan Ordusu döyüşə tam hazırdır" Azərbaycanda yüksək vəzifəli məmur işindən azad olundu - FOTO Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - FOTO Ölümlə bağlı amerikalı alimdən ŞOK AÇIQLAMA: Ürək dayanandan bir neçə saat sonra...
DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu!!! Kiprik, qaş sə saçların uzanmasında effektiv üsul! KİŞİLƏRİN NƏZƏRİNƏ!!! Cinsi istəyi artırmağın TƏZƏ YOLU! Fransa prezidenti yeniyetməyə acıqlandı
Maştağada yol polisini bıçaqladılar - ÖZƏL Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam Azərbaycanda yüksək vəzifəli şəxsin qohumu faciəvi şəkildə dünyasını dəyişdi - FOTO 20 il öncəki Nərgiz Cəlilova - Foto



» » 4 ton narkotiklə Atlantik okeanında tutulan azərbaycanlı kimdir? – Rəsmi açıqlama


4 ton narkotiklə Atlantik okeanında tutulan azərbaycanlı kimdir? – Rəsmi açıqlama

9-10-2017, 22:31
Oxunma sayı: 314
4 ton narkotiklə Atlantik okeanında tutulan azərbaycanlı kimdir? – Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, İspaniya polisi 4 tona yaxın Kolumbiya kokaini aparan "Thoran” adlı gəmini saxlayıb. İspaniya Gömrüyü, Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən Atlantik okeanında birgə həyata keçirilən əməliyyat nəticəsində Komor adaları bayrağı altında üzən gəminin mətbəxinin altında 165 bağlama kokain aşkarlanıb.

Maraqlıdır ki, 7 nəfərlik gəmi heyətinin 6 üzvü Türkiyə, 1 üzvü isə Azərbaycan vətəndaşıdır və onların hamısı həbs olunub.

Bazar dəyəri 250 milyon funt-sterlinq təşkil edən narkotiklə tutulan Azərbaycanlı kimdir?

Azərbaycanın müvafiq strukturları tərəfindən onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hər hansı addım atırlımı?

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən "Yeni Müsavat”a bildirildiyinə görə, Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirən dənizçilərə gəmi heyət üzvü qismində işləməsi üçün sertifikat verilir və onlar bu sertifikatla dünyanın hər yerində işləmə hüququ qazanırlar. Bu sertifikatı alan şəxslərin ölkədən kənarda başqa ölkələrin bayrağı altında üzən gəmilərdə fəaliyyətinin isə Administrasiyaya aidiyyəti yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyindən vətəndaşımızla bağlı hər hansı araşdırmanın aparılıb-aparılmadığını öyrənmək mümkün olmadı.

Qeyd edək ki, İspaniya polisi avqust ayında 18 ton Kolumbiyaya narkotiki daşıyan və Komor adaları bayrağı altında üzən daha bir gəmini saxlamışdı. Gəminin 13 heyət üzvündən 11 nəfəri Ukrayna vətəndaşı idi. (Musavat.com)
Sosial şəbəkələrdə paylaş: