İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı


Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı

22-07-2017, 23:53
Oxunma sayı: 349
Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı Bəzən Vətənimizin keçmiş tarixini təkrarlamaq və ya yeni məlumatlar öyrənmək üçün qiymətli elmi materiallar axtarıb tapandan sonra çox böyük məyusluq hissi keçirirəm. Çünki hər zaman qarşıma bilmədiyim və ya yaddaşımdan silinməkdə olan Azərbaycanın bu günü üçün dərin irs və silinməz iz qoymuş daima yaddaşlarda sevilərək xatirlanmalı olan öz sənətində möhür qoymuş sənətkarlar haqqında məlumatlarla qarşılaşıram. Bu gün kütləvi informasiya vasitələrində bu sənətkarların həyat və yaradıcılığına kifayət qədər yer ayrılmamasında isə özümüzü yəni biz gəncləri qınayıram. Çünki o böyük sənətkarların sayəsində bu gün biz hər hansı peşə və ixtisas sahəsinə yiyələnir, onların təcrübə və məktəblərindən yararlanırıq. Lakin təəssüflər olsun ki, belə gözəl insanları, böyük sənətkarları yad etməyi, gənclərimizi onların xidmətləri barədə məlumatlandırmağı unuduruq Jurnalisika və mətbuat mövzusunda elmi məqalələri, məlumatları araşdırıb oxumağa başladığım zaman diqqətimi cəlb edən böyük sənət ustadlarından biri, Azərbaycanın jurnalistika sənətinin inkişafında böyük xidmətləri olmuş yazıçı-publisist, jurnalist, mətbuat xadimi Şamil Xurşud oldu. Şamil Xurşud haqqında rayonumuzun ağsaqqallarından maraqlandım, çünki istəyirdim ki, Şamil müəllim haqqında daha çox məlumatım olsun. Onlardan öyrəndim ki, Şamil Fərzəliyev Çox insanın qolundan tutan, ona mənəvi dəstək olan , təbiətən xeyirxah, nəcib və əsl el adamı olub. Elə müdrik, elə tədbirli insan imiş ki, hətta öz yaşıdları da ona ağsaqqal kimi baxıb və hörmət ediblər.
Daha sonra Şamil Xurşudun yaradıcılığı ilə maraqlanmağa başladım. O, sovet dövründə yaşayıb yaratmışdı, bir sıra mətbuat orqanlarında – “Azərbaycan gəncləri” qəzetində, “Kirpi” jurnalında baş redaktor vəzifəsində çalışıb . Şamil müəllimi yaxından tanıyanlar deyirlər ki, sözün əsl mənasında o, ədib redaktor idi. İstər bədii əsərlərində, istərsə də publisistikasında həmişə bir məsələ önə çəkilirdi: insanın mənəviyyatsızlıqdan qorunması.. Çalışırdı ki,onun əsərlərini oxuyanlar bütün əməllərini,fəaliyyətlərini düzgün istiqamətləndirmək üçün nəsə öyrənə bilsinlər. Həmkarları Şamil Xurşud haqqında danışarkən qeyd edirdilər ki, Şamil müəllim hər zaman öz vəzifə səlahiyyətlərini yerinə yetirməklə yanaşı, jurnalistlərin məhdud çərçivədən çıxmaları üçün hər cür şərait yaradırdı. Şamil Xurşud standart,şablon yazı tərzinə qarşı olub. Bu gün illər sonra onun yazmış olduğu hər hansı məqalə, oçerk və ya povesti oxuduqda gözümün önündə sanki bir portret canlanır.
Şamil Xurşud həm də dramaturq və publisist kimi tanınırdı. Onun özünəməxsus yaradıcılıq prinsipləri olub. O, bədii əsərlərində həmişə yaratdığı obrazların fərdi xüsusiyyətlərini, psixoloji aləmini açmağı, təsvir etdiyi hadisələrin mahiyyətini bitkin ifadələrlə dolğun və canlı çatdırmağı sevirdi. Mən onun yaradıcılığı ilə tanış olarkən, onun necə yurduna bağlı olduğunu, doğma yurdunun real sakinlərini öz bədii əsərlərində eyni adlı obrazlarda yaratdığını gördüm. Şamil Xurşudun öz rayonuna bağlılığını onun həmkarları da dəfələrlə etiraf ediblər. Onlar qeyd edirlər ki, Şamil Xurşud qədər kəndə bağlı az adam tanıyırıq. Bəlkə də elə buna görədir ki, o bu dünyanı tez tərk edəcəyini bilirmiş. Özünə əbədi ünvan da kəndi seçibmiş. Bir də söyləyirlər ki, o qədər sadə, təvazökar insan imiş ki, hər hansı bir məclisdə, süfrəsinin başında əyləşənlərin yarıdan çoxu adi peşə sahibləri olarmış.
Hər bir qələm əhli üçün məktəb qoyub həqiqətən Şamil Xurşud. O, ilk növbədə nasir idi. Onun “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Ona deyin kəndə gəlsin” kimi povestləri bu yazıçının yaradıcılığı haqqında gözəl təsəvvür yaradır. Şamil Xurşud həmçinin “Məhəbbət” novellası, “Qızıl zəncir”, “Kiçik torpaqda üç gün”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında” kimi hətta bu günümüz üçün insanın ruhuna hopan pyeslərin müəllifidir. Şamil Xurşud hansı sahədə fəaliyyət göstərmişdisə o sahədə bir örnək olmuşdur. Ömrünün 30 ilini mətbuata həsr edib. Əvvəl Şamil müəllimin adı ilə qarşılaşanda demək olar ki, heçnə bilmirdim onun haqqında, amma bu gün öyrəndikcə dərk edirdim ki, mən çox böyük şey itirmişəmmiş. Çünki bu gün anlayıram ki, böyük insanlar öz abidələrini sənətləri ilə qururlar və Şamil müəllim qələm və ağ kağızla əslində özünün böyük bir abidəsini ucaltmışdır.
Şamil müəllim əsərlərini sevə-sevə yazardi. Onun “İnsan yaşayır” adlı bir povesti var. Əsərin qəhrəmanı Vahid adlı bir şəxs sağalmaz xəstəliyə düçar olur.Deyilənə görə Şamil Xurşud əsərin təsirli, təbii və maraqlı alınması üçün Şamil müəllim xeyli müddət xəstəxanada yatıb, bundan sonra bu təcrübədən digər yazıçılarda istifadə etmişlər.
Müxtəlif mənbələrdən Şamil müəllim haqqında maraqlandığım zaman bir məqalə qarşıma çıxdı və o məqalədə bir sual və təklif diqqətimi cəlb etdi. “İndi kitabın dəbdən düşdüyü bir məqamda bəlkə də gənc nəsil fikirləşər ki, kimdir Şamil Xurşud? Məsləhət görərdik ki, onun “Sonluq”, “Sakitlik olmayacaq”, “Yalan ayaq tutar, yeriməz”, “Tüstü”, “Azarkeş nənə”, “Nə var, nə yox, əmioğlu?”, “Qayıtdılar”, “Dialoq”, “Kötük”, “Duz-çörək”, “Cəsarət”, “İşıq”, “Sizi unutmaram” kimi əsərlərini oxusunlar. Gənc jurnalistlər isə “Özüm və özün”, “Toy nə toy”, “İclas azarı”, “Marallarım”, “Başlandı”, “Səriyyə xalanın gileyi”, “Bura xublar evidir” adlı felyetonlarına nəzər salsınlar.” Bu cümlələrdən sonra Şamil müəllimin zəngin yaradıcılığı məni daha da cəlb etdi. Şamil Xurşud təvəzökar insan olub. Bu gün biz gənclərin borcu bu qədər nəcib, istedadlı,vicdanlı, içində vətəndaş yanğısı olan, onu kəlmə-kəlmə əsərlərinə köçürən ədəbiyyata, mətbuata iddiasız, təmənnasız xidmət göstərən Şamil Fərzəliyev kimi insanları unutmamaq, onları daima yad etməkdir.
Milli mətbuatımızın 139 ili tamam olan bu günlərdə Şamil Fərzəliyevi xatırlamaqda bir məqsədim var. İllər onu bizdən ayrı salsa da, belə insanları yaşadan söz abidələri həmişəyaşardır. Çünki O, bizim mətbuatın daima yanan çırağıdır. Onun yolunu təkcə öz əsərləri, yaradıcılığı deyil, həm də sənət ardıcılları da davam etdirirlər. Bizdən çox-çox əvvəl bu yolu Şamil müəllim gedirdi, Bu gün onun tələbələri, sabah isə onun məktəbindən yararlanan gələcək gənc nəsillər gedəcək. Şamil Xurşudun mətbuatımızda yandırdığı işığın şöləsi əbədidir!
“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov
Sosial şəbəkələrdə paylaş: