Xərçəngin qarşısını alan MÖHTƏŞƏM RESEPT Bəzi tələbələr təhsil haqqından azad olunacaqlar - YENİLİK Bakıda süd alarkən diqqətli olun - VİDEO Dizellə işləyən avtomobillərin sayı sürətlə artır - SƏBƏB
İnfarkt və insultun qarşısını alan qidalar Rus gözəl Neymarın fanatıdır - FOTO Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov Azərbaycanda kreditlər ucuzlaşdı
Körpə qız qaynar süd qazanına düşdü Tolik: "Məni qaranlığa aparıb soyundurdu" - VİDEO Məktəb müəllimi əvvəllər fahişəlik edibmiş, sirri açıldı, işdən qovuldu - FOTO Xaçmazda iş adamının ciblərindən 88 min dollar çıxardılar



» » Keçmiş komitə sədri Rafiq Əliyev ölkə başçısına müraciət etdi


Keçmiş komitə sədri Rafiq Əliyev ölkə başçısına müraciət etdi

27-10-2015, 12:39
Oxunma sayı: 546
Nəsimi rayon İcra Hakimiyyətinin “qoçu”su “İrşad” İAM-ın əməkdaşına fiziki zor tətbiq edib

Nəsimi rayon İcra Hakimiyyəti (RİH) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İAM-ın direktoru Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olur.

Bu barədə XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, tikinti işlərinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmasına səbəb əslində heç də tikintinin qanunsuz olması deyil. Belə ki, “İrşad” İAM-ın direktoru Rafiq Əliyevin sözlərinə görə, tikintini həyata keçirmək üçün tələb olunan bütün sənədlər mövcuddur. Amma görünür, onlar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə kifayət etmir.
Keçmiş komitə sədri Rafiq Əliyev ölkə başçısına müraciət etdi
Oktyabr ayının 22-də Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları - rayon təsərrüfat şöbəsinin müdiri Qurban İsmaylov başda olmaqla tikinti ərazisində hasarı söküblər. Söküntü zamanı “İrşad” İAM-ın rəhbərliyinə heç bir sənəd təqdim olunmayıb.

“Əraziyə ilk iki “səfər”lərində “İrşad” İAM rəhbərliyini hasarı sökməklə hədələsələr də, bunu etməyiblər. Onlar bura pul üçün gəldilər və Rafiq Əliyevdən 300 min manat pul istəyiblər. Lakin İcra Hakimiyyətinin nümayəndələri əraziyə üçüncü dəfə gələrək “vəd”lərinə əməl ediblər. Söküntü işləri Təsərrüfat İdarəsinin rəisi Qurban İsmayılovun göstərişi və xüsusi nəzarəti altında həyata keçirilib. Təbii ki, qanunsuz şəkildə. Çünki Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın sökülməsinə dair heç bir rəsmi sənəd təqdim etməyiblər. Onlar hasarın hansı səbəbdən söküldüyünü heç izah etməyi də lazım bilməyiblər: “Mən həmin gün xəsarət almışam, Qurban İsmaylovla birlikdə gələn əməkdaşlar mənim üstümə düşüb döymək istəyiblər. Onlardan biri deyib ki, o “qoçu”dur və istənilən vaxtda mənim başıma oyun açacaq. Mən başa düşmürəm, Qurban İsmaylovun sözü ilə onlar adamları döyməyə gəlirlər?” – deyə “İrşad” İAM-ın təhlükəsizlik şöbəsinin əməkdaşı Vidadi Allahverdiyev bildirib.

Rafiq Əliyev məsələnin yalnız hüquq müstəvisində həll olunacağını qeyd edib. Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri isə problemin həllinin yalnız icra başçısı Asif Əsgərovun kabinetində “İrşad” İAM-ın direktoru Rafiq Əliyevlə görüş yolu ilə mümkün olduğunu söyləyiblər. İcra nümayəndələri bunu “İrşad” İAM-ın vəkili Qurban İsmayılova da söyləyib, Rafiq Əliyevin Asif Əsgərovla görüşməyini məsləhət görüblər.

“İstənilən halda “İrşad” İAM-ın mülkiyyəti olan əraziyə daxil olub, Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə başlanılan tikintiyə mane olmaq qanuna ziddir. Bu, açıq-aydın məmur özbaşınalığıdır. İcra Hakimiyyətinin əməkdaşlarının xüsusi toxunulmazlığı yoxdur. Onların da səlahiyyətlərinin bir həddi-hüdudu var. Kim onlara ixtiyar verib ki, bütün sənədlərin qaydasında olduğu halda qanuni tikintiyə mane olsunlar? Hasarı sökməklə bizə böyük maddi zərər vurublar. Buna görə kim cavab verəcək? Vəziyyətin ciddiləşdiyi görən kimi guya qonşuların ərazidə tikintinin aparılmasına dair narazı olduqlarını söylədilər. Halbuki onların əlində heç bir şikayət məktubu yoxdur. Ərazini tərk edərkən son sözləri o oldu ki, “İrşad” İAM rəhbərliyi təcili icra başçısı ilə görüşməlidir” – deyə Rafiq Əliyev bildirib.
Keçmiş komitə sədri Rafiq Əliyev ölkə başçısına müraciət etdi
“İrşad” İAM-ın Əli Məmmədov adlı digər əməkdaşı da hadisə yerində olub. Onun sözlərinə görə, həmin gün əraziyə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri özlərini kobud aparıblar: “Əraziyə zorla soxuldular. Dəfələrlə onlardan öz vəsiqələrini göstərmələrini rica etdik. Amma bizə kobud cavablar verməklə kifayətləndilər. Hasarı sökən fəhlələr isə ümumiyyətlə Nəsimi rayon İcra Hakimiyyətində çalışmadıqlarını, əmr qulu olduqlarını, 5-10 manat qarşılığında bu cür söküntü və dağıntı işlərinə cəlb edildiklərini söylədilər”.
Məmur özbaşınalığı ilə üzləşmiş “İrşad” İAM-ın direktoru Rafiq Əliyev baş verən bütün xoşagəlməzliklərə baxmayaraq, savaşın sonda haqq və ədalətin qələbəsi ilə bitəcəyinə inandığını qeyd edib: “Bir sözlə, bizim bütün sənədlərimiz qaydasındadır. Lakin sizə də məlum olduğu kimi, Nəsimi rayon İcra Hakimiyyəti dövlətimizin qanunlarına və Bakı şəhər İcra Hakimiyyətinin qərarlarına meydan oxuyur. Mən hadisədən əvvəl hasarın sökülməsi tapşırığını verən Təsərrüfat şöbəsinin müdiri Qurban İsmaylovla şəxsən görüşmüşdüm. O, israrla mənə icra başçısı ilə görüşməli olduğumu, əks təqdirdə hasarın söküləcəyini bildirmişdi.

Amma bütün sənədlərim əlimdə olduğu və lazımi instansiyaların razılığını aldığım halda mən nə üçün Asif Əsgərovla görüşməliyəm? Əgər o, bu işdə qanunsuz nəsə görüşmüşdüsə, niyə biz onun adına ərazinin hasarlanacağı ilə bağlı məktub göndərəndə buna yazılı etiraz etməmişdi? Zənnimcə, hamı məsələnin arxasında hansı məqamların, hansı niyyətin durduğunu yaxşı başa düşdü. Mən bütün işləri vəkilim Fuad Kərimova həvalə etmişəm. Bundan sonra problemin həlli ilə qanun çərçivəsində vəkil özü məşğul olacaq”.

Məsələni aydınlaşdırmaq üçün biz Rafiq Əliyevin vəkili Fuad Kərimova da müraciət etdik: “Əlimizdə yetərli qədər sübut var. “İrşad” İAM-ın əməkdaşlarına fiziki zor tətbiq ediblər. Şirkət bu məsələni qanun çərçivəsində həll etmək yolunu seçib. Artıq lazımi sənədlər hazırlanıb. Şirkət rəhbərliyi tərəfindən ölkə başçısına və Baş Prokurora şikayət ərizələri ünvanlanıb. Burada həm vəzifə səlahiyyətlərini aşmaq, həm də rüşvət tələb etmək tərkibli cinayətlərə yol verilib. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia təqdim etmişik ki, rayon icra hakimiyyətinin hərəkətləri qanunsuz hesab olunsun və müəssisəyə vurulmuş maddi zərər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənsin” - söylədi vəkil.
Sosial şəbəkələrdə paylaş: