İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində


Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində

7-11-2016, 00:03
Oxunma sayı: 490
Noyabrın 4-ündə Abşeron Art Gallery-də Gənclər Fondunun dəstəyi ilə keçirilən “Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində’ adlı sərginin açılışı oldu.
Sərginin açılışı ictimaiyyət arasında çox böyük marağa və diqqətə səbəb olmuş və açılış günü Abşeron Art Gallery-ə mədəniyyət və incəsənət aləminin tanınmış simaları təşrif buyurmuşdular.
Açılışda gənclər fondunun aparat rəhbəri Faiq Qürbətov, əməkdar mədəniyyət işçisi İldrım Qasımov,Mədəniyyət və Turizm nazirliyinin yanında elmi metodik mərkəzin işçiləri, Bakı Slavyan Universitetin professoları və tələbələri iştirak etmişdir.
Sərgini Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov açıq elan edib. Daha sonra əməkdar mədəniyyət işçisi Ildrim Qasımov, layihə rəhbəri Tamerlan Ələkbərov və Abşeron Art Gallery-nin direktoru Eldəniz İbrahimov çıxışları ilə davam edib.
Çıxışçılar təqdim olunan fotoların müasir Azərbaycanımızın mədəniyyətinin bir sıra məqamlarını özündə əks etdirdiyini bildiriblər. Sonda gənc fotoqraflara sertifikat verilib.
Layihə rəhbəri Tamerlan Ələkbərov, belə layihələrin davamlı keçiriləcəyini və dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.
Qeyd edək ki, “Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində” adlı sərgi noyabrın 4,5,6 və 7 tarixlərində keçirilməklə 3 gün müddətində davam edəcək.Giriş sərbəstdir.

Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində
Sosial şəbəkələrdə paylaş: